Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC
07 Oktyabr 2026, 15:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
743
19.11.2025, 13:21
Cəmiyyət elə bir məqama gəlib ki, azyaşlı qız uşaqları reklam alətinə çevrilir. Bəzi şəxslər uşaqları kamera qarşısına çıxarıb yaşlarına tam zidd rəqslər etdirir, məhsullarını tanıtmaq üçün onların masumluğundan istifadə edirlər.Bu, sadəcə biabırçılıq deyil cəmiyyətin mənəvi deqradasiyasının açıq və sərt göstəricisidir.
Oxu24.com bu kimi addımların hüquqi tərəfdən məsuliyyətini araşdırıb.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki,uşağın mənafeyinə zidd olan hər hansı fəaliyyət qadağandır.
"Bu gün bir sıra valideyn üçün təhsil, tərbiyə və uşağın gələcəyi önəmli deyil. Onlar üçün əsas olan mənəviyyatsızlıq üzərindən qazanılan asan pul, sosial şəbəkələrdə bir neçə “like”, bir az da süni məşhurluqdur. Uşağın psixologiyası, şəxsi toxunulmazlığı, gələcək şəxsiyyəti tamamilə unudulur.Belə valideynlər övladlarını böyütmür - istismar edir.Təhsilini inkişaf etdirmir - kontentə çevirir.Uşağı qorumaq yerinə onu bazara çıxarır.Sosial mediada “trend yaratmaq” adı ilə masumluq satılır, uşaq bədəni reklam vasitəsinə çevrilir, mənəvi dəyərlər isə ayaq altına atılır. Bu proses normallaşdırıldıqca cəmiyyət öz köklərindən, ailə dəyərlərindən və əxlaqından uzaqlaşır.Biz artıq o yerdəyik ki, mənəviyyat pulun kölgəsində itib-batır, cahillik isə özünü müasirlik kimi təqdim edir.
Amma unudulan vacib bir həqiqət var:
Cəmiyyətin gələcəyi kameralar qarşısında istismar edilən uşaqlarla deyil, təhsil alan, dəyərli böyüyən, şəxsiyyət kimi formalaşan uşaqlarla qurulur.Əgər bu gedişat dəyişməzsə, gələcəyimiz də bugünkü kimi qaranlıq olacaq.
Azərbaycan qanunvericiliyinə görə:
Uşağın mənafeyinə zidd olan hər hansı fəaliyyət qadağandır.Azyaşlıların qeyri-etik reklam materiallarında çəkilməsi inzibati və hətta cinayət məsuliyyətinə səbəb ola bilər.Uşağın bədənindən, görüntüsündən və rəqs hərəkətlərindən kommersiya məqsədi ilə istifadə uşaq istismarı kimi qiymətləndirilə bilər.Belə hallarda həm valideynlər, həm də reklam və kontent istehsalçıları qanun qarşısında cavab verməli olur",-deyə vəkil bildirib.
Hazırladı: Miri Məcidli
16:16 / 07 Oktyabr 2026
1
15:55 / 07 Oktyabr 2026
35
15:54 / 07 Oktyabr 2026
289
15:36 / 07 Oktyabr 2026
226
15:26 / 07 Oktyabr 2026
72
15:13 / 07 Oktyabr 2026
55
15:06 / 07 Oktyabr 2026
117
14:45 / 07 Oktyabr 2026
71
14:39 / 07 Oktyabr 2026
64
14:24 / 07 Oktyabr 2026
112
14:22 / 07 Oktyabr 2026
320
14:17 / 07 Oktyabr 2026
83
14:15 / 07 Oktyabr 2026
88
14:10 / 07 Oktyabr 2026
536
14:08 / 07 Oktyabr 2026
73
14:05 / 07 Oktyabr 2026
78
14:00 / 07 Oktyabr 2026
63
13:58 / 07 Oktyabr 2026
70
13:25 / 07 Oktyabr 2026
103
13:20 / 07 Oktyabr 2026
100
13:14 / 07 Oktyabr 2026
582
13:12 / 07 Oktyabr 2026
99
13:10 / 07 Oktyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.