Pensiyalar nə qədər artırılacaq? - Millət vəkili
05 Dekabr 2025, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2032
17.11.2025, 15:44
İllərdir qarajını ala bilməyən vətəndaş şikayət edir.Söhbət "Dolçasaray" MTK-nın tikdiyi binalardan gedir.
Bu barədə Oxu24.com-a müraciət edən Səbinə Arif qızı Abdurrəhmanova bildirib.
Onun sözlərinə görə,"Dolçasaray Mənzil-Tikinti Kooperativ" tərəfindən illərdir aldadılır. Maşın saxlamaq üçün 35 min dolları alınsa da,bugünədək qaraj ona təhvil verilməyib.
"Bakı şəhəri,Səbail rayonu,Nizami küçəsi 96-706-cı məhəllədə yerləşən binada 1 ədəd maşın üçün dayanacaq yeri məqsədi ilə "Dolçasaray MTK"ya 35 min dollar pul ödədim.Həmin vaxt bina hələ tikilməmişdi.Pulun ödənməsinə dair MTK ilə aramızda müqavilə imzalandı və mənə bununla bağlı möhürlü arayış da verildi.Arayışda MTK-nın sədri Hilal Xəlilovun imzası da əks olunub.2006-cı ildə bağlanmış müqavilə 10 ilə yaxındır ki,icra olunmur.Bu özbaşnalığa son qoyulmasını və bizə müqavilədə göstərilən ya qarajın,ya da ödədiyimiz pulun geri qaytarılmasını tələb edirik",-deyə şikayətçi bildirib.
Vətəndaşın bildirdiyinə görə,şirkət rəhbərliyi tərəfindən aldadıldıqdan sonra rəsmi şikayətlər edib.Bundan sonra onların ödədiyi pulun az bir hissəsini geri ala bilib.
"Uzun müddətdən sonra ödədiyimiz 35 min dollardan 10 min dollara yaxın pulumuzu geri ala bildik.İndi yerdə qalan 25 min dolları qaytarmaq istəmirlər.Hər gün şirkətə bir adam rəhbər gətirilir. Bu gün orada Fəxrəddin adlı şəxs direktordur.Ona da dəfələrlə demişik.Bizi hər gün aldadırlar",deyə vətəndaş bildirib.
Oxu24.com məsələ ilə bağlı hazırda "Dolçasaray"MTK-nın rəhbər şəxsi olan Fəxrəddin Xəlilovla əlaqə saxlayıb.O,açıqlamasında problemin olduğunu təsdiqləyib.
"Bu məsələdən xəbərim var.Mən bu işdə yeniyəm.Problem köhnədən qalıb.Artıq bezmişəm bu söz-söhbətlərdən...Ərizə yazıb,işdən çıxacam",-deyə o bildirib.Fəxrəddin Xəlilovun MTK-nın əvvəlki rəhbəri Hilal Xəlilovun qardaşı olduğu deyilir.
Şikayətçinin dediyinə görə,MTK-nın işlərini qeyri-rəsmi olaraq Ərəstun Hüseynov aparıb.
Oxu24.com məsələ ilə bağlı adıçəkilən şəxslə də danışıb.O,da problemin olduğunu təsdiqləyib.
"Şikayət edən sakinə müəyyən ödənişlər edilib.Bina tikilən zaman dollarla müqavilə bağlanıb.O vaxtki məzənnə ilə bu günün məzənnəsi fərqlidir.Biz onlara 16 min manata yaxın pul ödəmişik.Yerdə qalan məbləği də ödəməyə çalışırıq.Mən rəsmi işçi deyiləm.Gedin,suallarınızı rəhbərə verin",-deyə Ərəstun adlı şəxs bildirib.
Həmçinin oxuyun
Qeyd edək ki,sözügedən "Dolçasaray" MTK-nın adı mətbuatda Eldar Mahmudovun oğlu ilə bağlı qalmaqalda da hallanmışdı. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudov məhkəməyə verilmişdi.
Məlumata əsasən, tərəflər arasında məhkəmə çəkişməsi 2021-ci ildən başlayıb. “Dolçasaray” MTK Yasamal rayon Məhkəməsinə müraciət edərək Anar Mahmudova qarşı müqavilələrin ləğv edilməsi iddiasını qaldırıb. A. Mahmudov da qarşılıqlı iddia ilə çıxış edərək, MTK-dan əmlakın təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
Birinci instansiya məhkəməsi MTK-nın iddiasını təmin etsə də, A. Mahmudovun iddiası təmin edilməyib. Buna görə də, iddia Ali Məhkəmənin kassassiya mərhələsinə qədər gedib çıxıb. Lakin Ali Məhkəmə işi yenidən apelyasiya göndərərək yenidən araşdırılmasını tələb edib.
Oxu24.com məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
11:36 / 05 Dekabr 2025
1
11:33 / 05 Dekabr 2025
23
11:17 / 05 Dekabr 2025
249
11:14 / 05 Dekabr 2025
30
11:00 / 05 Dekabr 2025
96
10:52 / 05 Dekabr 2025
30
10:46 / 05 Dekabr 2025
43
10:44 / 05 Dekabr 2025
32
10:34 / 05 Dekabr 2025
182
10:30 / 05 Dekabr 2025
222
10:18 / 05 Dekabr 2025
38
10:15 / 05 Dekabr 2025
35
10:13 / 05 Dekabr 2025
67
10:10 / 05 Dekabr 2025
43
09:35 / 05 Dekabr 2025
802
00:28 / 05 Dekabr 2025
94
00:24 / 05 Dekabr 2025
106
00:20 / 05 Dekabr 2025
78
00:17 / 05 Dekabr 2025
98
00:11 / 05 Dekabr 2025
72
23:54 / 04 Dekabr 2025
527
23:46 / 04 Dekabr 2025
2275
23:22 / 04 Dekabr 2025
84
23:18 / 04 Dekabr 2025
328
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.