Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1541
17.11.2025, 14:42
Son günlər sosial media istifadəçilərinin Mədəniyyət Nazirliyinin 2004–2022-ci illərlə bağlı səsləndirilən iddialarına dair diqqətinizə çatdırırıq ki, həmin dövrdə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub.
Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
"Bundan əlavə, bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə çıxış edən ifaçıların seçim qaydaları ilə bağlı faktlara söykənməyən məlumatlar yayılmaqdadır.
Bununla əlaqədar ünvanlanan sorğuya cavab olaraq bildiririk ki, nazirliyin tabeliyində çalışan əməkdaşlar tərəfindən qanunsuzluq hallarına yol verilməsi barədə müraciətlər daxil olduqda nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırma aparılır, zəruri hallarda toplanmış materialların obyektiv hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi təmin edilir.
İncəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması ilə bağlı şikayətlərə gəldikdə isə, Nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə etdiyinə baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb, Nazirlik tərəfindən bu iddialara baxılmış və xidməti yoxlama aparılıb. Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir.
Mədəniyyət Nazirliyinin təşkil etdiyi rəsmi tədbirlərdə, konsert proqramlarında çıxış edən ifaçıların seçimi qaydalarına gəlincə bildirmək istərdik ki, bu seçim tədbirin formatına, konsepsiyasına, habelə ifaçının repertuar məzmunun bu formata uyğunluğuna əsasən aparılır, müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir.
Xatırlatmaq istərdik ki,Mədəniyyət Nazirliyinin ötən 2004-2022-ci illər dönəmini əhatə edən, keçmiş fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif fikirlərlə Nazirliyin bugünkü fəaliyyətinə kölgə salınması yolverilməzdir.
Bir daha diqqətinizə çatdırırq ki, konkret faktlara söykənmədən dövlətin mədəniyyət strategiyasını həyata keçirən nazirlik barədə həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan, habelə ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması hüquqi məsuliyyət yaradır",-deyə açıqlamada qeyd olunur.
Məlumat üçün qeyd edək ki,müğənni Nura Suri və digərləri Mədəniyyət Nazirliyi barədə iddialar səsləndirmişdi.
Miri Məcidli
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.