Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
680
17.11.2025, 12:43
Ötən gün Xocalı prospektində keramika rəssamı və heykəltəraşı Gülçin Aslanlının “Kalibrinin gücü” adlı ilk fərdi sərgisi baş tutub. Tədbirlə eyni vaxtda sənətçinin yaratdığı “ASLANLI MUSEUM” adlı qalereyanın açılış mərasimi də gerçəkləşib.
Gülçin Aslanlı 10 illik yaradıcılıq fəaliyyəti ərzində ölkədə keramika və vitraj sahəsində özünəməxsus sənət istiqaməti və yaradıcılıq məktəbi formalaşdıran aparıcı sənətçi kimi tanınır.
Sərginin açılışında sənətçinin çıxışı böyük maraqla qarşılanıb. Gülçin xanım nitqinə bu sözlərlə başlayıb: “Çətinliklərə baxmayaraq ucalan, kiçik amma enerjisi ilə uçan, incə və zərif görünən, amma gücü və azadlığı ilə sərhədsiz kalibri kimi özümü sıfırdan yaratdım.”
O, son illərdə qarşılaşdığı çətinliklərə baxmayaraq sənətə daha güclü şəkildə qayıtdığını xüsusi vurğulayıb. Sərginin onun üçün həm yaradıcılıq, həm də şəxsi transformasiyanın simvolu olduğunu qeyd edib.
Ekspozisiyada nümayiş olunan əsərlərdə kalibri quşu xüsusi simvolik məna daşıyır. Qonaqlar əsərlərin həm emosional dərinliyini, həm də texniki ustalığını yüksək qiymətləndiriblər.
Tədbirdə bir sıra tanınmış dövlət və ictimai xadimlər də iştirak ediblər. Millət vəkili Arzu Nağıyev və Radioloqlar Cəmiyyətinin sədri Yunus Əfəndiyev fəxri qonaqlar arasında yer alıblar.
Sərgi ziyarətçilər tərəfindən böyük maraq doğuraraq sənətkarın yaradıcılığına yeni nəfəs gətirib.
Yeni açılan “ASLANLI MUSEUM” bundan sonra çoxfunksiyalı incəsənət məkanı kimi fəaliyyət göstərəcək. Məkan həm rəssamın əl işlərinin nümayiş etdirildiyi daimi qalereya olacaq, həm də xüsusi və korporativ hədiyyələrin satışı həyata keçiriləcək. Burada master-klasslar, yaradıcılıq görüşləri və müxtəlif mədəni tədbirlərin təşkili də nəzərdə tutulub. Mərkəzdə fəaliyyət göstərəcək kiçik coffeshop isə ziyarətçilər üçün rahat istirahət və görüş imkanı yaradacaq.




00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.