Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
972
14.11.2025, 22:56
Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsi güllərin satınalınması ilə bağlı tender elan edib.
Oxu24.com 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi fiziki şəxs Firuzə Əsgərzadə olub və tərəflər arasında 3 700 AZN dəyərində müqavilə bağlanıb.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevdir.
Rektor Fuad Hacıyev kimdir?
Ali təhsilini başa vurduqdan sonra istehsalatda mühəndis-texnoloq kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə isə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə çalışıb.
1990-cı illərdə kommersiya və sahibkarlıq sahəsinə keçərək Qazax rayonunda qum-çınqıl karxanası və üzümçülük təsərrüfatı biznesi ilə məşğul olub.
2006-cı ildə Qazax rayonu üzrə deputatlığa namizəd olsa da, daha sonra namizədliyini geri götürüb. Ardınca 2006–2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
Sayta verilən məlumatda iddia edilir ki, Fuad Hacıyevin Qazax rayonunun Çaylı kəndi yolunda yerləşən üzümçülük təsərrüfatı hazırda da fəaliyyət göstərir.
*Xatırladaq ki, 2021-ci ildə mediada Fuad Hacıyevin milyonluq villası və bahalı avtomobili ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, rektorun Xətai rayonunda yaşadığı mənzilin yaxınlığında əlavə olaraq dəyəri təxminən 1 milyon manat olan daha bir villası mövcuddur.
Bundan başqa, onun 440 min manat (259 min dollar) dəyərində son model “Range Rover” markalı avtomobil aldığı qeyd olunurdu. “10 CN 394” dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı Cəmilə İbrahimovanın adına rəsmiləşdirilib, Fuad Hacıyev isə avtomobili etibarnamə ilə idarə edib.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.