AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
07 Oktyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
14.11.2025, 10:17
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi valideynlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması halları qeydə alınır.
Bu barədə Oxu24.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, belə hallarla bağlı daxil olan məlumatlar əsasında Nazirliyin xilasetmə qüvvələri tərəfindən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.
"Yalnız noyabrın ötən 13 günü ərzində Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 22 uşaq xilas edilib. Aparılan təhlillər bu kimi halların əsasən uşaqların nəzarətsiz qoyulması, o cümlədən əksər hallarda mənzildə və digər məkanlarda tək olması nəticəsində yaşandığını göstərir".
Qeyd olunanlarla bağlı, mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.
23:23 / 07 Oktyabr 2026
7
23:20 / 07 Oktyabr 2026
16
23:19 / 07 Oktyabr 2026
19
23:09 / 07 Oktyabr 2026
32
22:54 / 07 Oktyabr 2026
38
22:50 / 07 Oktyabr 2026
49
22:48 / 07 Oktyabr 2026
68
22:38 / 07 Oktyabr 2026
55
22:28 / 07 Oktyabr 2026
1867
22:27 / 07 Oktyabr 2026
64
22:00 / 07 Oktyabr 2026
76
21:53 / 07 Oktyabr 2026
52
21:47 / 07 Oktyabr 2026
230
21:35 / 07 Oktyabr 2026
306
21:31 / 07 Oktyabr 2026
71
21:25 / 07 Oktyabr 2026
111
21:15 / 07 Oktyabr 2026
275
21:11 / 07 Oktyabr 2026
93
21:06 / 07 Oktyabr 2026
67
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
197
20:34 / 07 Oktyabr 2026
508
20:30 / 07 Oktyabr 2026
2106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.