Gürcüstana qatarla getmək üçün biletlər BAHADIR
21 May 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
658
13.11.2025, 14:01
İqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında icra başçılarının maaşları, onların gəlirləri və sistemin işləmə mexanizmləri ilə bağlı geniş açıqlama yayıb.
“Yeni Sabah” xəbər verir ki, o, hazırki modelin effektiv olmadığını bildirib və yerli özünüidarə institutlarının gücləndirilməsini vacib sayıb:
“İcra Başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə belədir:
Bakı şəhər icra başçısı – 7650 manat.
Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat.
Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)
Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)
Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)
Bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir də YAP-a üzvlük haqqı tutulur.
Yeri gəlmişkən, bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına, 1,5 misli əlavə verilir. Yəni məsələn, 2022-ci ilə qədər Bakı şəhəri İcra Başçısının maaşı cəmi 3060 manat idi”.
Cəfərli nümunə olaraq Xızı rayonunu göstərib. Onun sözlərinə görə, ərazisi və əhalisi kiçik olan bu rayonun icra başçısı 2012-ci ildən vəzifədədir:
“Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Sizcə bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?!
Söhbət bir tək Xızı rayonundan getmir ha, istənilən rayonun icra başçısı ilə bağlı eyni sözləri, yanaşmanı söyləmək olar.
İqtisadçı nəticə olaraq bildirib ki, problem fərdi şəxslərdə deyil, icra başçıları institutunun özündədir:
“Azərbaycanda icra başçıları instutu köhnəlib, problem tək şəxslərdə deyil, bu sistemin özü işlək deyil, insanları deyil də, sistemin özünü dəyişməyin vaxtı çatıb. Yerli özünüidarə institutları güclənməli, seçilmiş rayon-şəhər Bələdiyyə sədrlərinin səlahiyyəti, ən başlıcası isə, məsuliyyəti artırılmalıdır ki, vətəndaşa xidmət etməyi öyrənsinlər, mərkəzdən gələn qeyri-qanuni tapşırıqları deyil də, seçicinin gözləntilərini yerinə yetirsinlər...”
13:57 / 21 May 2026
1
13:44 / 21 May 2026
37
13:35 / 21 May 2026
118
13:31 / 21 May 2026
58
13:27 / 21 May 2026
52
13:26 / 21 May 2026
45
13:08 / 21 May 2026
45
13:05 / 21 May 2026
47
13:01 / 21 May 2026
45
12:53 / 21 May 2026
169
12:50 / 21 May 2026
174
12:47 / 21 May 2026
84
12:39 / 21 May 2026
46
12:37 / 21 May 2026
53
12:35 / 21 May 2026
148
12:29 / 21 May 2026
98
12:12 / 21 May 2026
217
11:51 / 21 May 2026
58
11:33 / 21 May 2026
58
11:29 / 21 May 2026
342
11:15 / 21 May 2026
487
11:11 / 21 May 2026
56
11:00 / 21 May 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.