Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
08 Avqust 2026, 14:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
709
13.11.2025, 12:35
“Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir. Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır.
Sertifkatlaşdırmaya yanaşmamız budur ki, müəllimlik saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçsin. Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq. Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr, saathesabı sistemlə davam edə bilərlər”, - nazir qeyd edib.
***
Emin Əmrullayev əlavə edib ki, gələn il 25 mindən çox müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir: “Bu məqsədlə dövlət büdcəsində əlavə 58.4 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqıya əlavələrlə bağlı 213 milyon manat vəsait proqnozlaşdırılıb. Gələn il artıq demək olar ki, bütün fənlər üzrə müəllimlərin böyük əksəriyyətinin sertifikatlaşdırılma prosesini bitirmiş olacağıq. Yalnız 2026-cı ildə uğursuz olan müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi qalacaq. 2027-dən artıq 2022-ci ildə sertifikatlaşdırmadan keçən müəllimlər təkrar ikinci dövrədə sertifikatlaşdırmaya cəlb olunacaq”.
16:08 / 08 Avqust 2026
3
16:05 / 08 Avqust 2026
15
14:53 / 08 Avqust 2026
67
13:55 / 08 Avqust 2026
63
13:30 / 08 Avqust 2026
61
13:15 / 08 Avqust 2026
97
13:01 / 08 Avqust 2026
84
12:59 / 08 Avqust 2026
87
12:49 / 08 Avqust 2026
97
12:45 / 08 Avqust 2026
426
12:45 / 08 Avqust 2026
87
12:30 / 08 Avqust 2026
94
12:13 / 08 Avqust 2026
437
12:10 / 08 Avqust 2026
80
12:07 / 08 Avqust 2026
82
11:59 / 08 Avqust 2026
115
11:57 / 08 Avqust 2026
78
11:50 / 08 Avqust 2026
136
11:50 / 08 Avqust 2026
82
11:47 / 08 Avqust 2026
463
11:30 / 08 Avqust 2026
87
11:28 / 08 Avqust 2026
725
11:10 / 08 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.