Avqustun 8-9-u ilə bağlı XƏBƏRDARLIQ
07 Avqust 2026, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2220
12.11.2025, 11:48
Xəbər verdiyimiz kimi, Türkiyənin “C-130” hərbi-nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə olan 20 nəfərlik heyətin hamısı həlak olub.
Qəzanın səbəbləri ilə bağlı isə müxtəlif versiyalar səslənir. Bəziləri hadisəni texniki amillərlə izah etsə də, digərləri kənar müdaxilə ehtimalını da istisna etmir.
Maraqlıdır, hərbi ekspertlər bu barədə nə düşünür? Hansı ehtimallar daha real görünür?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, C-130 təyyarələrinin hazırlanmasına keçən əsrin ortalarından başlanılıb, 60-cı illərdən sonra isə artıq onları bir çox ölkələr, xüsusilə də ABŞ Hərbi Hava Qüvvələri geniş şəkildə istifadə edib:
“Bu dəfə baş verən fəlakətdə biz mühərriklərin sıradan çıxmasına dair əlamətləri, ən azından təqdim olunan görüntülərdə, müşahidə etmirik. Burada daha çox ilk ağıla gələn ehtimal təyyarənin köhnə olmasıdır. Yəni kifayət qədər uzun müddət istismardan sonra detallarında müəyyən korroziyanın yaranması, bu səbəbdən daxildəki yüklərin sağlam şəkildə bərkidilməməsi ehtimalı üzərində daha çox dayana bilərik.
Təyyarə Gəncə aeroportunda cəmi 2 saat olub. Bu zaman texniki baxış və digər məsələləri də türkiyəli heyət həyata keçirib. Amma ən dəqiq məlumatı, təbii ki, biz "qara qutu"nun oxunmasından sonra biləcəyik. İndi dediklərimizin əksəriyyəti, təbii ki, ehtimallardır. Amma məlum olan odur ki, quyruq hissəsi təyyarədən əvvəl yerə düşüb. Korpusda bir qırılma, sınma var. Sanki metal detallar bir-birindən aralanır və quyruq hissəsi tamamilə ayrı şəkildə yerə düşür. Korpusun əsas hissəsi ilə kabin hissəsi və qanadlar isə ayrılıqda tüstüləyərək aşağı düşür.
Bu tüstülənmə yanğınla əlaqələndirilə bilmir, çünki alov yox, yalnız tüstü görünür. Bu da həmin qanadlarda olan yanacağın qəsdən və ya qəza nəticəsində buraxılması ilə əlaqəli ola bilər”.
Ə.Verdiyevin sözlərinə görə, bütün ehtimallar tam şəkildə araşdırılmalıdır:
“Bu, bizim üçün də çox kədərli bir hadisədir. Düşünürəm ki, bir çox faktorlar - xüsusilə də insan faktoru, texniki nasazlıq və korpusun yorğunluğu (yəni “metal yorğunluğu” deyilən anlayış) əsas diqqət mərkəzində olmalıdır. Hava şəraiti ilə bağlı faktor avtomatik aradan çıxdığına görə, digər sadaladığım amillər üzərində daha ciddi dayanılacaq. Kənar müdaxilə ehtimalını istisna etmirik, amma indiki vəziyyətdə onun əlamətləri görünmür. Ən azından çöldən təyyarəyə hər hansı qəlpə və yaxud digər təsir izləri detallarda müşahidə olunmur”
16:31 / 07 Avqust 2026
24
16:31 / 07 Avqust 2026
8
16:30 / 07 Avqust 2026
11
16:17 / 07 Avqust 2026
111
16:17 / 07 Avqust 2026
35
15:57 / 07 Avqust 2026
46
15:55 / 07 Avqust 2026
46
15:26 / 07 Avqust 2026
67
15:12 / 07 Avqust 2026
82
14:55 / 07 Avqust 2026
86
14:49 / 07 Avqust 2026
89
14:30 / 07 Avqust 2026
81
14:14 / 07 Avqust 2026
91
14:13 / 07 Avqust 2026
519
14:10 / 07 Avqust 2026
85
14:01 / 07 Avqust 2026
1433
13:52 / 07 Avqust 2026
97
13:45 / 07 Avqust 2026
94
13:31 / 07 Avqust 2026
356
13:31 / 07 Avqust 2026
1166
13:24 / 07 Avqust 2026
112
13:23 / 07 Avqust 2026
84
13:21 / 07 Avqust 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.