AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
07 Oktyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2452
12.11.2025, 05:08
Hazırda sosial mediada və bəzi media vasitələrində Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğramasının başvermə səbəbləri ilə bağlı müxtəlif rəylər səsləndirilir.
Oxu24.com xəbər verir ki, təyyarə Gəncə hava limanına dünən eniş edib və 2 saat ərzində orda gözləmədə olub. Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib.
APA mənbəyə istinadla yazıb ki, təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
"Təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub", - deyə mənbə bildirib.
Məlumata görə, qəzaya uğramış təyyarə uzun müddətdir istismardadır. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub.
İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Məlumat üçün qeyd edək ki, Azərbaycana məxsus Embrayer-190 təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğradıqdan sonra ilk baxış təyyarənin fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşiklərin olduğunu aydın göstərmişdi. Bu da təyyarənin vurulması versiyasının əsas kimi götürülməsinə səbəb olmuşdu.
"Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı", - deyə mənbə qeyd edib.
Beləliklə, ilkin araşdırmalar iki versiyanın üzərində fokuslaşmaq üçün əsas yaradır. Birincisi, təyyarə uzun müddətdir istismarda olduğuna görə, onun korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. Qeyd edək ki, 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus "Herkules" təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.
İkinci versiya isə ondan ibarətdir ki, yük təyyarələrində daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir. Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir.
Bütün bunlar hazırda sosial mediada səslənən bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir. Əslində, bunun üçün heç əsas da yoxdur, çünki təyyarənin qara qutusu qəzanın törəmə səbəblərinə aydınlıq gətirəcək.
23:50 / 07 Oktyabr 2026
102
23:23 / 07 Oktyabr 2026
132
23:20 / 07 Oktyabr 2026
124
23:19 / 07 Oktyabr 2026
147
23:09 / 07 Oktyabr 2026
142
22:54 / 07 Oktyabr 2026
116
22:50 / 07 Oktyabr 2026
127
22:48 / 07 Oktyabr 2026
214
22:38 / 07 Oktyabr 2026
157
22:28 / 07 Oktyabr 2026
2934
22:27 / 07 Oktyabr 2026
113
22:00 / 07 Oktyabr 2026
139
21:53 / 07 Oktyabr 2026
97
21:47 / 07 Oktyabr 2026
1638
21:35 / 07 Oktyabr 2026
567
21:31 / 07 Oktyabr 2026
106
21:25 / 07 Oktyabr 2026
188
21:15 / 07 Oktyabr 2026
476
21:11 / 07 Oktyabr 2026
132
21:06 / 07 Oktyabr 2026
87
21:05 / 07 Oktyabr 2026
81
20:49 / 07 Oktyabr 2026
238
20:34 / 07 Oktyabr 2026
569
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.