Bu liseyin direktoru istefa verdi
08 Oktyabr 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
781
09.11.2025, 11:32
Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - cu il noyabrın 17 - də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9 - u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir.
Bu gün Konstitusiya ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri sayılan üçrəngli bayrağımızın yaranma tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Bu bayraq 1918 - 1920 - ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır.
Xalqın arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı.
1990 - cı il noyabrın 17- də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar respublikanın dövlət bayrağı kimi təsdiqləndi. 1991 - ci il fevralın 5- də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanunu qəbul etdi.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirmişdir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin diqqət ayırdığı məsələrdən biri də dövlət bayrağı olmuşdur.
2004-cü il iyunun 8-də Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Osman Azadoğlu
Xüsusi olaraq Oxu24.com saytı üçün

14:46 / 08 Oktyabr 2026
1
14:43 / 08 Oktyabr 2026
16
14:40 / 08 Oktyabr 2026
22
14:15 / 08 Oktyabr 2026
47
14:05 / 08 Oktyabr 2026
60
14:00 / 08 Oktyabr 2026
58
13:55 / 08 Oktyabr 2026
60
13:47 / 08 Oktyabr 2026
7900
13:34 / 08 Oktyabr 2026
80
13:29 / 08 Oktyabr 2026
147
13:26 / 08 Oktyabr 2026
74
13:25 / 08 Oktyabr 2026
77
13:20 / 08 Oktyabr 2026
66
13:14 / 08 Oktyabr 2026
222
13:00 / 08 Oktyabr 2026
63
12:59 / 08 Oktyabr 2026
64
12:58 / 08 Oktyabr 2026
68
12:49 / 08 Oktyabr 2026
193
12:44 / 08 Oktyabr 2026
78
12:40 / 08 Oktyabr 2026
68
12:36 / 08 Oktyabr 2026
80
12:29 / 08 Oktyabr 2026
62
12:24 / 08 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.