9 avqustun ulduz falı — Səyahət və fərqli təcrübələr üçün uğurlu gündür
08 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1078
09.11.2025, 10:47
Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Yazıya dahi Cəfər Cabbarlının “Azərbaycan bayrağına”şeiri ilə başlamaq qərarım əbəs deyil.
Dahilərin şeirlər,əsərlər,dastanlar həsr etdiyi sevimli Bayrağımız bizə keçmişdən bir əmanətdir.
Bu əmanəti qoruyub,saxlamaq bizim bir mənəvi borcumuzdur. Bayrağı bizim üçün müqəddəs edən bir əsas da var axı... Şəhid libası anlamı... Bəli,məhz müqəddəs bayrağımız,müqəddəs şəhidlərin son məzar yoldaşı olmaqla bizim üçün daha bir müqəddəsliyini özündə əks etdirir..Bunun həm dini,həm mənəvi,həm də siyasi anlamı dərin mənaya malikdir.Müqəddəs Bayrağımız Azərbaycan adı olan hər yerə,daha doğrusu ən uca yerlərdə daim dalğalanır və hallanır.
Bayrağımız bizə başqa nələri verir?
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
Cəfər Cababrlının dediyi kimi Bayrağa hər zaman zirvə yaraşır. Bayraq həm də bizim üçün ona görə əzizdir ki,ölkəmizi dünyada tanıdır. Beynəlxalq idman yarışlarında yer qazanan idmançılarımızın və Azərbaycanın şərəfinə məhz üçrəngli,o uca bayrağımız ucalır...
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşuyor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Bayraqdan bəhs edərkən dahi Cəfər Cabbarlının bu misralarını xatırlamamaq günah deyilmi?
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı... Bayrağımız bizi həm də Türk Dövlətləri arasında daim zirvələrə qaldırır...Bu səbəbdən də şəninə mahnılar bəstələnmiş,dillərdə əzbər olan müqəddəs bayrağımıza hər zaman zirvələrdə dalğalanmaq arzusu ilə sözlərimi bu misralarla bitirmək istəyirəm...
Yol gəlmisən bir əsrdən bu yana,
Boyanmısan döyüşlərdə al qana,
Şəhidlərə laylay deyən bir ana,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!
Müəllif: Oxu24.com saytının baş redaktoru Miri Məcidli
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.