9 avqustun ulduz falı — Səyahət və fərqli təcrübələr üçün uğurlu gündür
08 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
32501
08.11.2025, 19:28
Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb. Bu tendensiya Xırdalanda, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.
Əmlak məsələləri üzrə ekspert Nahid Hacıyev mərkəzdən kənarda inşa olunmuş mənzillərin və evlərin ucuzlaşmasının müxtəlif səbəblərlə bağlı olduğunu bildirib.
Metbuat.az-a danışan mütəxəssis qiymətlərlə bağlı mövcud tendensiyanı nəqliyyat problemi ilə əlaqələndirib. Onun sözlərinə görə, insanlar dəhşətli tıxaclar üzündən Bakıətrafı qəsəbələrdə yaşamaq istəmirlər:
"Sabunçu rayonundakı "sosial binalar" adlanan yaşayış massivində, Abşeronda, "Ümid" qəsəbəsində yüzlərlə mənzil satışa çıxarılıb. Dördotaqlı, tam təmirli mənzillərin 1 kv. metri alıcılara 800 manata təklif olunur. Amma heç kim həmin mənzilləri almağa həvəs göstərmir. Çünki nəqliyyat sistemi bərbaddır. İnsanlar mənzil başına tez çatmaq üçün bir manat 50 qəpiklik taksilərdən, sonra isə metrodan istifadə etməyə məcbur olurlar. Dörd nəfərlik ailənin gündəlik yolpulu 16-17 manat edir”.
Ekspert deyib ki, elan saytlarına nəzər salmaqla vəziyyətlə bağlı real təsəvvürə malik olmaq mümkündür: "Masazırda ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur. Bu pulla həmin evin tikildiyi torpagı, daşı, qumu almaq mümkün deyil. Amma yenə aylarla müştəri tapılmır. Bakıətrafı bəzi qəsəbələrdə yaşayan insanlar tıxac üzündən evlərini dəyər-dəyməzinə satıb mərkəzə daşınırlar".
N.Hacıyev bu tendensiyanın uzun müddət davam etməyəcəyini bildirib. Onun sözlərinə görə, Bakının qəsəbə və kəndlərində tikinti üçün yararlı olan torpaq sahələri tükəndiyindən yaxın aylarda daşınmaz əmlakın qiymətində artım qaçılmaz olacaq.
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.