Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
08 Oktyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2283
08.11.2025, 16:46
Azərbayanda pandemiya dövründə əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə yaradılan iş yerlərinin əksəriyyəti ixtisar olunub.
Oxu24.com xəbər verir ki,“AzPolitika”nın apardığı araşdırmaya görə, bu iş yerləri kommunal sektorda və bir sıra dövlət qurumlarında yaradılmışdı.
Bu sırada Bakı və digər iri şəhərlərdə təsərrüfat hesablı qurumlar daha çox işçi qəbul etmişdi. Ümumilikdə 25 min nəfərə yaxın olan bu kateqoriyaya daxil olan vətəndaşların əksəriyyəti minimum əməkhaqqı - 400 manat məbləğində müxtəlif sosial işlərə cəlb olunmuşdular.
2025-ci ilin dövlət büdcəsində maliyyə kəsintilərinə görə onların əhəmiyyətli hissəsi artıq ixtisar edilib.
“Azəriqaz” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Təmiz Şəhər” ASC, Dövlət Baytarlıq Xidməti və s. qurumlar yeni əməkdaşlarla vidalaşıb.
“AzPolitika”nın əldə etdiyi məlumata görə, 2026-cı ildə ixtisarların yeni dalğası başlayacaq.
Bu, Maliyyə Nazirliyinin hökumət qarşısında qaldırdığı məsələlərdən biridir.
Nazirliyin apardığı araşdırmalardan sonra büdcə təşkilatlarında xeyli sayda gərəksiz ştatların dairəsi müyyən edilib və onların ləğv edilməsi tövsiyə olunub.
Mənbə bildirir ki, gələn ilki büdcə maliyyələşməsində bu məsələlər nəzərə alınıb və xərclər optimallaşdırılıb. Nazirliyin büdcəyə qənaət, xərclərdə şəffaflığın və nəzarətin təmin olunması məqsədi ilə elan etdiyi “təmizlənmə” büdcə təşkilatlarında çalışanların 20 faizə qədərini əhatə edə bilər. Gözlənilir ki, ilin əvvəlindən başlayaraq dövlət qurumlarında ixtisarlar başlayacaq.
Məlumdur ki, 2026-cı ildən özəl sektorda çalışanların əməkhaqlarından gəlir vergisi tutulacaq. İqtisadiyyat Nazirliyinin tövsiyəsi ilə güzəştlər dayandırılıb və gələn ilin büdcəsinə bu istiqamətdən əlavə 400 milyon manatın daxil olması proqnozlaşdırılır. Hökumətin bu qərarı özəl sektorda yeni büdcə planlaşdırılmasına rəvac verib. Belə ki, şirkətlər artan xərclərini kompensasiya etmək üçün planlar qurur, xərclərin optimallaşdırılması və gələcək sərmayələrin dəyərləndirilməsi proesi aparılır. Tədbirlər sırasında işçilərin ixtisara salınması hesabına maliyyə yükünün azaldılması əsas hədəflərdən biridir.
Beləliklə, həm dövlət, həm də özəl sektorda ixtisarlar qaçılmazdır, ötən il minlərlə vətəndaşın artıq işini itirdiyini nəzərə alsaq, hökumətin qarşısında çox ciddi çağırışlar dayanır. 2026-cı ildə işsizliyin cilovlanması, mövcud iş yerlərinin qorunması prioritetdir. Bu istiqamətdə hansı planlar var, iqtisadiyyata cavdeh qurumların rəhbərləri parlamentdəki büdcə təqdimatlarında ona aydınlıq gətirmədilər.
Onu da qeyd edək ki, xaricdən göndərilən vəsaitlərin kəskin azalması, qiymətlərin durmadan bahalaşması ölkədə əhalinin sosial vəziyyətini çətinləşdirir. İşini itirən vətəndaşların sayının artması isə bu mənzərəni daha da tündləşdirir. Ona görə də hökumət strukturları daxili investisyaları artırmalı, iş yerlərinin yaradılmasını stimullaşdıran layihələr həyata keçirməlidir. Əlbəttə, dövlət sektorunda ənənəvi iş yeri yaratmaq, bir qrup vətəndaşa minimum əməkhaqqı verib, bir ildən sonra onları bayıra atmaq çıxış yolu deyil. Dayanıqlı iş yerləri dövlətin dəstəklədiyi və qorudğu sahibkarlıq subyektlərində formalaşa bilər. Ona görə biznesi müxtəlif dövlət qurumlarının təzyiqindən qorumaq, onların dövlətin maliyyə resurslarına çıxışını sadələşdirmək və əlverişli mühit yaratmaq çox vacibdir.
16:45 / 08 Oktyabr 2026
1
16:35 / 08 Oktyabr 2026
25
16:34 / 08 Oktyabr 2026
7
16:30 / 08 Oktyabr 2026
42
16:27 / 08 Oktyabr 2026
39
16:03 / 08 Oktyabr 2026
137
15:55 / 08 Oktyabr 2026
66
15:32 / 08 Oktyabr 2026
856
15:30 / 08 Oktyabr 2026
680
15:16 / 08 Oktyabr 2026
117
15:15 / 08 Oktyabr 2026
72
15:10 / 08 Oktyabr 2026
61
15:00 / 08 Oktyabr 2026
101
14:54 / 08 Oktyabr 2026
362
14:46 / 08 Oktyabr 2026
63
14:43 / 08 Oktyabr 2026
75
14:40 / 08 Oktyabr 2026
82
14:15 / 08 Oktyabr 2026
88
14:05 / 08 Oktyabr 2026
80
14:00 / 08 Oktyabr 2026
73
13:55 / 08 Oktyabr 2026
73
13:47 / 08 Oktyabr 2026
8805
13:34 / 08 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.