Qaynar xətt:

(+99450) 247 90 86

Şəhidin xatirəsi anıldı 

Şəhidin xatirəsi anıldı 

CƏMİYYƏT

639

06.11.2025, 14:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 5 noyabr tarixində İmişli rayon Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Abuzərov Bəhmən Abuzər oğlunun xatirəsinə həsr olunmuş “Suverenlik: Qalib Prezident, Qalib Şəhid, Dünyəvi Azərbaycan” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Oxu24.com  xəbər  verir  ki, tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektorunun rəhbərliyi, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ziyalıları, şəhid müəllimin şagirdləri, döyüş yoldaşları, məktəb kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir boyu şagirdlər və müəllimlər vətənpərvərlik ruhunda şeirlər, kompozisiyalar səsləndirdilər, şəhid müəllimin öz qələmindən çıxan şeirlər ifa olundu. O misralarda Bəhmən müəllimin qələbəyə olan sarsılmaz inamı, Vətən sevgisi və xalqımıza sonsuz etibarı duyulurdu.

Bəhmən müəllim İmişli rayonunun Cavadxanlı kənd məktəbində müəllim kimi çalışmış, Ulu Öndər Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli Xalqa Müraciətindən sonra könüllü olaraq cəbhəyə yollanmış, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Vətən qarşısında göstərdiyi xüsusi xidmətlərə görə o, Ali Baş Komandan Prezident İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Bayrağı ordeni ilə təltif edilmişdir.

Bu gün biz Konstitusiya və Suverenlik İli çərçivəsində şəhid-müəllimimizin həyat və qəhrəmanlıq yolunu bir daha xatırladıq, onun timsalında sinifdən səngərə gedən Azərbaycan müəlliminin böyüklüyünü gördük.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Qalib Prezident!

Yaşasın Qalib Şəhid!

Yaşasın Suveren, Müstəqil, Dünyəvi Azərbaycan! 

Cəbrayılda 1 gündə 2-ci dəfə mina partlayışı hadisəsi baş verib - YENİLƏNİB2

20:42 / 08 Oktyabr 2026

QARABAĞ QARABAĞ

Cəbrayılda 1 gündə 2-ci dəfə mina partlayışı hadisəsi baş verib - YENİLƏNİB2

88

0
Meymunçiçəyi yenidən YAYILIR: İspaniyada 61 yaşlı kişi öldü  

20:27 / 08 Oktyabr 2026

DÜNYA DÜNYA

Meymunçiçəyi yenidən YAYILIR: İspaniyada 61 yaşlı kişi öldü  

96

0
Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

20:19 / 08 Oktyabr 2026

DÜNYA DÜNYA

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

90

0
Azərbaycan və BMT arasında sosial sahədə əməkdaşlıq müzakirə olundu - FOTO  

20:07 / 08 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və BMT arasında sosial sahədə əməkdaşlıq müzakirə olundu - FOTO  

81

0
İlham Əliyev Türkmənbaşıda konsert proqramında - VİDEO

19:57 / 08 Oktyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - VİDEO

89

0
"Baku TV": Prezidentin səfərinin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsidir

19:40 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Baku TV": Prezidentin səfərinin əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsidir

95

0
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb

19:27 / 08 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb

71

0
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB-3

19:18 / 08 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB-3

195

0
İlham Əliyev: "Füzulidəki məscid dostluğumuzun rəmzidir" (VİDEO)  

19:10 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlham Əliyev: "Füzulidəki məscid dostluğumuzun rəmzidir" (VİDEO)  

73

1
Azərbaycanda Çin avtomobillərinin taleyi belə olacaq — Açıqlama

18:50 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda Çin avtomobillərinin taleyi belə olacaq — Açıqlama

128

0
Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir  

18:43 / 08 Oktyabr 2026

DÜNYA DÜNYA

Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir  

82

0
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

18:39 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

107

1