Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir
09 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1668
05.11.2025, 20:55
Azərbaycanda hibrid avtomobillərinə tətbiq olunan güzəştlərin ləğvindən sonra qiymət artımı müşahidə olunur.
Oxu24.com məsələnin aktuallığını nəzərə alaraq gündəmin mövzusunu nəqliyyat eksperti Eldəniz Cəfərovla müzakirə edib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bu dəyişiklikləri bazar qanunlarının təbii nəticəsi kimi dəyərləndirir.
Ekspert bildirir ki, hazırda bu seqmentdə ciddi problem mövcud deyil.O, hesab edir ki, hibrid avtomobillərə olan maraq azalmayıb, əksinə, bu, nəqliyyat vasitələri artıq bazarda dayanıqlı mövqe qazanıb. Qiymət artımı isə iqtisadi qanunauyğunluqdan irəli gəlir süni şəkildə formalaşmayıb.
"Güzəştlərin ləğv edilməsindən sonra hibrid avtomobillərin qiymətinin artımı təbii prosesdir. Yəni bu, bazar qaydalarına görə belədir",-deyə ekspert bildirib.
Eldəniz Cəfərov qeyd edib ki, ölkəyə hibrid avtomobillərin idxalı və satışı uzun müddətdir davam edir, bazar isə artıq formalaşıb:
“Hazırda hibrid avtomobillərin idxalı, satışı, ehtiyat hissələri ilə bağlı xüsusi bir problem mövcud deyil. Hibrid avtomobillər çoxdan bizim ölkəmizə idxal olunur və belə avtomobillərin də rəsmi distributoru Azərbaycanda mövcuddur.
Sadəcə bəzi model hibrid avtomobillər var ki, onlar fərdi qaydada gətirilir, istehsalçı zəmanəti yoxdur və buna görə də ehtiyat hissələrini tapmaq çətindir, servis xidməti də göstərilmir. Bu çətinliklər ümumi bazara təsir etmir və əsasən fərdi idxal olunan modellərlə məhdudlaşır. Rəsmi dilerlər vasitəsilə gətirilən hibrid avtomobillər üçün servis xidməti və texniki infrastruktur tam təmin olunur.
Azərbaycanda artıq bir neçə ildir ki, hibrid avtomobillər populyardır. Ölkəyə idxal olunan avtomobillərin təxminən 40 faizini hibrid avtomobillər təşkil edir. Bununla bağlı infrastrukturda da problem yoxdur".
Eldəniz Cəfərov hesab edir ki, bu istiqamətdə formalaşan bazar son illərdə həm istehlakçı vərdişlərini, həm də avtomobil sektorunun strukturunu dəyişib. Onun fikrincə, hibrid texnologiyasına maraq gələcəkdə də davam edəcək və bu sahə bazarın sabit seqmentlərindən birinə çevriləcək.
Pərvin Şakirqızı
00:11 / 09 Oktyabr 2026
18
00:04 / 09 Oktyabr 2026
105
00:01 / 09 Oktyabr 2026
44
23:50 / 08 Oktyabr 2026
42
23:27 / 08 Oktyabr 2026
61
23:13 / 08 Oktyabr 2026
73
23:10 / 08 Oktyabr 2026
60
23:03 / 08 Oktyabr 2026
97
23:01 / 08 Oktyabr 2026
167
22:50 / 08 Oktyabr 2026
180
22:41 / 08 Oktyabr 2026
76
22:19 / 08 Oktyabr 2026
77
22:06 / 08 Oktyabr 2026
113
21:58 / 08 Oktyabr 2026
96
21:53 / 08 Oktyabr 2026
88
21:36 / 08 Oktyabr 2026
89
21:29 / 08 Oktyabr 2026
85
21:28 / 08 Oktyabr 2026
1080
21:19 / 08 Oktyabr 2026
125
20:55 / 08 Oktyabr 2026
77
20:42 / 08 Oktyabr 2026
95
20:27 / 08 Oktyabr 2026
102
20:19 / 08 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.