Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir
09 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2308
05.11.2025, 17:19
Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsi onun "qara siyahı"ya düşməsi ilə nəticələnib. Hakimiyyətin yuxarı eşelonunda AzTV sədrinin bu niyyətindən xəbər tutanda onu sərt tənqid ediblər. Sədr vertolyotu çəkiliş prosesini daha rahat təşkil etmək üçün almaq istədiyini desə də, bu arqument ciddi qəbul olunmayıb və onun bu hərəkəti "özbaşınalığın son həddi" kimi qiymətləndirilib.
Məlumatda o da qeyd olunur ki, çəkilişləri ekstremal situasiyalarda belə cəmi 2 min manat qiyməti olan dron vasitəsilə tam təhlükəsiz şəraitdə həyata keçirmək mümkündür. Hazırda AzTV-də bu texnikadan istifadə olunur.
Oxu24.com xəbər verir ki,bu informasiya mətbuatda yayıldıqdan sonra müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında öz mövqeyini paylaşıb.
O bildirib ki, dünyada əksər TV kanallar çəkiliş üçün helikopterlərdən istifadə edir:
"AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır?
Son günlər AzTV sədri Rövşən Məmmədovun “helikopter almaq istəyi” və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir.
Amma məsələ bir qədər fərqli görünür.
Düşünürəm ki, əslində AzTV-ni, eləcə də İTV və digər televiziya kanallarını belə bir təşəbbüsə görə TƏQDİR etmək daha doğru olardı.
Əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən – xüsusilə regionlardan və Qarabağdan – operativ görüntülər əldə etməkdirsə, bu, normal və hətta zəruri texniki qərardır.
Dünyanın əksər güclü TV kanalları hava çəkilişləri üçün, operativlik üçün helikopterlərdən istifadə edir.
Regionda, dünyada informasiya savaşının getdiyi bir zamanda TV-lərin rəqabətə davamlılğı üçün innovasiyalar və texnologiyalar, dron və helikopter kimi vasitələr mühüm əhəmiyyət kəsb edir.
Dronun da, helikopterin də və çəkiliş üçün nəzərdə tutulmuş “AzTV avtobusu”nun da öz funksionallığı var.
Söhbət dronla toy çəkməkdən deyil, operativ xəbər istehsalından gedir.
Bəlkə də tənqid olunmalı olan helikopterin alınması deyil, bu cür təşəbbüslərin ictimaiyyətə düzgün izah edilməməsidir.
Fikrimcə, AzTV rəhbərliyi məsələni şəffaf və əsaslandırılmış şəkildə təqdim etsəydi, “helikopter” mübahisəsi bu qədər böyüməzdi",-deyə O.Gündüz qeyd edib.
Nigar
00:11 / 09 Oktyabr 2026
56
00:04 / 09 Oktyabr 2026
288
00:01 / 09 Oktyabr 2026
65
23:50 / 08 Oktyabr 2026
58
23:27 / 08 Oktyabr 2026
74
23:13 / 08 Oktyabr 2026
89
23:10 / 08 Oktyabr 2026
69
23:03 / 08 Oktyabr 2026
113
23:01 / 08 Oktyabr 2026
173
22:50 / 08 Oktyabr 2026
190
22:41 / 08 Oktyabr 2026
85
22:19 / 08 Oktyabr 2026
81
22:06 / 08 Oktyabr 2026
124
21:58 / 08 Oktyabr 2026
99
21:53 / 08 Oktyabr 2026
90
21:36 / 08 Oktyabr 2026
93
21:29 / 08 Oktyabr 2026
88
21:28 / 08 Oktyabr 2026
1162
21:19 / 08 Oktyabr 2026
128
20:55 / 08 Oktyabr 2026
77
20:42 / 08 Oktyabr 2026
95
20:27 / 08 Oktyabr 2026
104
20:19 / 08 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.