Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir
09 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
721
04.11.2025, 19:44
Sosial ödənişlərdə davamlı artım sosial müavinət və təqaüdləri də əhatə edir.
Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar əsasında ardıcıl xarakter alan sosial islahatlar çərçivəsində müavinət və təqaüdlərin də mütəmadi artırılması təmin olunur:
"Dövlətimizin başçısının Fərmanına əsasən bu il iyulun 1-dən də növbəti dəfə şəhid ailələrinə, əlilliyi olan şəxslərə, habelə müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə və digər bir sıra kateqoriyalardan olan vətəndaşlara ödənilən aylıq müavinətlər, həmçinin birdəfəlik müavinətlər artırılıb".
Qeyd olunub ki, ümumilikdə 2018-2025-ci illərdə ölkəmizdə 5 sosial islahat paketi reallaşdırılıb ki, bu islahatlar çərçivəsində müavinət və təqaüdlərin ödənişləri üçün illik vəsait 5 dəfə artıb. Yaxud əhalinin 1 milyon 100 min nəfərini əhatə edən pensiya təminatı üzrə illik xərclər 2018-ci illə müqayisədə 2 dəfə artaraq 2025-ci il üzrə 7,2 milyard manatdan çox olub ki, bu da pensiyaçıların sosial müdafiəsinin daim diqqət mərkəzində olduğunu təsdir edir.
"Məsələn, pensiya, müavinət və təqaüdlərin bu günkü məbləğlərini 2018-ci ildəki məbləğlərlə müqayisə etdikldə, ötən dövrdə dəfələrlə artıma nail olunduğunu görmək olar. Qeyd edilən proseslər onu göstərir ki, sosial ödənişlərdə, o cümlədən, sosial müavinət və təqaüdlərdə artım davamlı xarakter alıb", - deyə nazirliyin məlumatında vurğulanıb.(Bakuvs)
00:32 / 09 Oktyabr 2026
37
00:11 / 09 Oktyabr 2026
67
00:04 / 09 Oktyabr 2026
469
00:01 / 09 Oktyabr 2026
78
23:50 / 08 Oktyabr 2026
71
23:27 / 08 Oktyabr 2026
86
23:13 / 08 Oktyabr 2026
107
23:10 / 08 Oktyabr 2026
76
23:03 / 08 Oktyabr 2026
130
23:01 / 08 Oktyabr 2026
181
22:50 / 08 Oktyabr 2026
200
22:41 / 08 Oktyabr 2026
90
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
130
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
98
21:29 / 08 Oktyabr 2026
93
21:28 / 08 Oktyabr 2026
1257
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
97
20:27 / 08 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.