Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
05 Dekabr 2025, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1521
04.11.2025, 17:44
Azərbaycanda daha bir məmurun adı ciddi qalmaqalda hallanır. Özü də xərclənməsinə nəzarətin hər gün gücləndirildiyi dövlət büdcəsi vəsaitinin istifadəsi ilə bağlı. Söhbət Hesablama Palatasının “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələrindən gedir.
Audit nəticəsində Rövşən Məmmədovun rəhbərlik etdiyi AzTV-də əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi üzə çıxıb. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.
Bu, son illərdə AzTV ilə bağlı baş verən ilk qalmaqal deyil.
İlk belə hal R.Məmmədov 2019-cu ildə televiziya sədrliyinə gətirilməsindən cəmi 5 ay sonra qeydə alınıb. Belə ki, o, həmin dövrdə AzTV-nin texniki direktor müavini vəzifəsinə Xəlil Məmmədovu təyin edib. X.Məmmədov Rövşən Məmmədovun həyat yoldaşının əmisidir. Buna qədər isə həmin vəzifəni “Əməkdar mühəndis” Knyaz Mehdiyev tutub.
R.Məmmədovun K.Mehdiyevi işdən çıxarması qarşı tərəfin məhkəməyə üz tutmasına səbəb olub. Nəticədə Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi K.Mehdiyev xeyrinə qərar çıxarıb.
Həmçinin oxuyun
2020-ci ildə AzTV-nin köhnə nəsil diktorlarından olan Əməkdar artist Gülşən Əkbərova Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya Rövşən Məmmədovla bağlı müraciət edib. O, haqsızlıqla üzləşdiyini bildirib. G.Əkbərova şikayətində deyib ki, 2019-cu il fevralın 28-də AzTV-nin kadrlar şöbəsinin rəhbəri Mənsur Bayramov Rövşən Məmmədovun göstərişi ilə onun əmək müqaviləsini uzatmayıb. Gülşən Əkbərovanın sözlərinə görə, onun işdən çıxarılması 65 yaşının tamam olması ilə əlaqələndirilsə də, bu həqiqəti əks etdirməyib. Çünki sonradan daha yaşlı insanlar AzTV-də işə götürülüb.
Həmin il AzTV-dən işdən çıxarılan bir qrup şəxs yerli KİV-lər vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilib ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov dövlət başçısının pandemiya ilə bağlı tapşırıq və tövsiyələrinə məhəl qoymadan, 9 nəfər sürücü vəzifəsində çalışan işçiləri hədə və şərləmə üsulu ilə aprelin 22-dən etibarən işdən azad edib.
Mətbuatda yer alan digər xəbərlərə görə, Rövşən Məmmədov AzTV-yə rəhbərlik etdiyi 6 il ərzində bir çox önəmli vəzifələrə öz yaxın qohum və tanışlarını təyin edib.
R.Məmmədovla bağlı diqqəti cəlb edən başqa bir məqam onun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlılığı məsələsidir. O, R.Mehdiyevin vəzifədən getməmişdən əvvəl yüksək posta təyin etdirdiyi şəxslərdən sayılır. Prezident Administrasiyasının keçmiş rəhbəri 2019-cu il oktyabrın 23-də işdən çıxarılıb. Rövşən Məmmədov isə həmin il yanvarın 15-də sədr müavini təyin olunub və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edib. 2019-cu il sentyabrın 4-də isə sədr təyin olunub.
Büdcə vəsaiti ilə bağlı nöqsan və Ramiz Mehdiyevlə bağlılığı Rövşən Məmmədovun vəzifəsini itirməsi ilə nəticələnə bilər. (Yenisabah)
12:32 / 05 Dekabr 2025
1
12:22 / 05 Dekabr 2025
13
12:03 / 05 Dekabr 2025
557
11:55 / 05 Dekabr 2025
36
11:48 / 05 Dekabr 2025
45
11:42 / 05 Dekabr 2025
152
11:36 / 05 Dekabr 2025
102
11:33 / 05 Dekabr 2025
113
11:17 / 05 Dekabr 2025
696
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
132
10:52 / 05 Dekabr 2025
44
10:46 / 05 Dekabr 2025
65
10:44 / 05 Dekabr 2025
44
10:34 / 05 Dekabr 2025
236
10:30 / 05 Dekabr 2025
307
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
49
10:13 / 05 Dekabr 2025
80
10:10 / 05 Dekabr 2025
58
09:35 / 05 Dekabr 2025
866
00:28 / 05 Dekabr 2025
100
00:24 / 05 Dekabr 2025
115
00:20 / 05 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.