Tədiyyə bildirişi nədir?
14 Yanvar 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
479
03.11.2025, 19:46
Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Parlament binasında, senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak etmişlər.
Görüşdə iki ölkə arasında institusional dialoqun gücləndirilməsi, media və bu sferanın hüquqi tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunmuşdur.
MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində həyata keçirilən islahatlar, bu təşəbbüslərin hüquqi bazası, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlərdən bəhs edərək bildirmişdir ki, media resurslarının rəqəmsal informasiya mühitinə inteqrasiyası, innovativ həllərin tətbiqi, süni intellektin istifadəsində hüquqi və etik çərçivələrin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, həmçinin bu sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
İsmət Səttarov Azərbaycanın audiovizual siyasəti, media tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycan media mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar atılmışdır.
Görüş zamanı Rumıniya tərəfi ölkənin media və hüquq sahəsindəki qanunvericilik təcrübəsini təqdim etmişdir. Bildirilmişdir ki, Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı, dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun qanunvericilik çərçivəsini təkmilləşdirmişdir.
Vüqar Əliyev çıxışında Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələrdən və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən bəhs etmişdir. O, Rumıniya ilə bu istiqamətdə qarşılıqlı əməkdaşlığın regional media sabitliyinə və qarşılıqlı etimada töhfə verəcəyini qeyd etmişdir.
Səfir Qüdsi Osmanov çıxışında iki ölkə arasında strateji tərəfdaşlığın yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də informasiya və kommunikasiya müstəvisində dərinləşdiyini qeyd etmişdir. O, bildirmişdir ki, belə görüşlər Azərbaycan-Rumıniya münasibətlərinin humanitar və institusional əsaslarını daha da möhkəmləndirir.
Həmçinin oxuyun
Eyni zamanda, senator Kristian-Avqustin Nikulesku-Tağârlaş bir neçə gün öncə Rumıniya Parlamentinin prezidenti Mircea Abrudeanın Azərbaycana rəsmi səfərinə və onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşə toxunmuşdur. O, bu görüşü ölkələrimiz arasında strateji əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsinin bariz təzahürü kimi qiymətləndirmişdir.
Görüşdə həmçinin Cənubi Qafqazda sülh təşəbbüsləri, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, enerji və media diplomatiyası, eləcə də informasiya məsuliyyətinin artırılması və təbliğata qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda senator Kristian-Avqustin Nikulesku-Tağârlaş görüşün nəticələrini yüksək qiymətləndirərək bildirmişdir ki, Rumıniya və Azərbaycan arasında hüquqi və media əməkdaşlığı Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək. Tərəflər gələcəkdə bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəlmişlər.

01:51 / 15 Yanvar 2026
65
00:59 / 15 Yanvar 2026
59
23:58 / 14 Yanvar 2026
78
23:54 / 14 Yanvar 2026
97
23:39 / 14 Yanvar 2026
96
23:35 / 14 Yanvar 2026
66
23:30 / 14 Yanvar 2026
106
23:23 / 14 Yanvar 2026
63
23:18 / 14 Yanvar 2026
293
23:10 / 14 Yanvar 2026
916
23:08 / 14 Yanvar 2026
432
23:05 / 14 Yanvar 2026
201
23:02 / 14 Yanvar 2026
792
22:59 / 14 Yanvar 2026
110
22:52 / 14 Yanvar 2026
78
22:48 / 14 Yanvar 2026
385
22:43 / 14 Yanvar 2026
74
22:31 / 14 Yanvar 2026
210
22:26 / 14 Yanvar 2026
235
22:26 / 14 Yanvar 2026
125
22:21 / 14 Yanvar 2026
70
22:13 / 14 Yanvar 2026
100
22:10 / 14 Yanvar 2026
161
22:01 / 14 Yanvar 2026
943
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.