Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir
09 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
658
03.11.2025, 10:49
Çoxdan idi İmişli rayon Mədəniyyət Mərkəzində belə möhtəşəm tədbir keçirilməmişdi. Tanınmış pedaqoq və xanəndə Vahid Əliyevin 75 illik yubileyinə həsr olunan “Bir ömür muğamın keşiyində” adlı tədbirə yüzlərlə rayon sakini öz təşəbbüsü ilə gəlmişdi.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Qısa təqdimatdan sonra Vahid Əliyevin yaradıcı fəaliyyəti barədə videoçarx nümayiş olundu.
Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru Sərvaz Hüseynoğlu, “Ulduz” jurnalının əməkdaşı, şair Dayandur Sevgin, uzun müddət mədəniyyət sahəsində çalışmış yazıçı-publisist Vaqif Rüstəmov, ictimaiyyət nümayəndəsi Sədaqət Vəliyev Vahid Əliyevin ömür yolu və yaradıcılığı barədə danışdılar. Qeyd olundu ki, özünəməxsus səsi ilə tanınan, geniş ictimaiyyət tərəfindən sevilən, 1977-ci ildə respublika üzrə keçirilən muğam müsabiqəsində 1-ci yeri tutan xanəndə, yarım əsrdən çox müddətdə muğamı təbliğ edib. İmişlidə ilk olaraq muğam dərnəkləri və ibtidai musiqi məktəbində səs (muğam) şöbəsi yaratmış pedaqoqun yetirmələri arasında xalq artisti, milli və beyəlxaq musiqi festifallarının qaliblərinin olmağı xüsusi vurğulandı.
Azərbaycan Milli Konservatoriyasının işçsi, əməkdar müəllim Qəzənfər Abbasov bildirdi ki, mədəniyyət, musiqi təhsili sahəsindəki böyük xidmətlərinə baxmayaraq Vahid Əliyev indiyədək heç bir fəxri ada layiq görülməyib. O, yerli icra icra hakimiyyəti və mədəniyyət idarəsi rəhbərlərinin indiyədək belə bir təşəbbüslə çıxış etməməsinə təəssüfləndi. Bu sözlər deyilərkən başqa bir biganəlik diqqət çəkdi: məlum odu ki, yığıncaqda İmişli rayon İcra Hakimiyyətinin, yerli mədəniyyət sektorunun rəhbər şəxsləri, habelə İmişlidən olan deputatlar iştrak etmirlər. Mikrafonların, səsgücləndirici və digər texniki vasitələrin bərbad halda olması isə yerli mədəniyyət idarəsinin öz işinə məsuliyyətsiz yanaşmasından xəbər verirdi.
Tədbirə təşrif buyuran Vahid Əliyevin keçmiş şagirdləri: Simarə İmanova, Nəzər Bəylərov, Vüqar Tahirov, Kəmalə Abbasova, Vidadi Bəykişiyev, Baxış Babaşov, Nuru Abbasov, Mətanət Xəlilova, Səbuhi Muradov və Xalid Bədəlov tərəfindən Azərbaycan muğamlarından parçalar ifa olundu. Tanınmış ritm ustadı, muğam bilicisi, pedaqoq Mahmud Salahın dəfdə ifası tamaşıçıları riqqətə gətirdi.
Yubiley tədbirində həmçinin Vahid Əliyevin hazırda İranda, Rusiyada, Holandiyada və Amerikada yaşayan yetirmələrinin də virtual təbrikləri səsləndi.
Gecənin aparıcısı, İmişli rayon mədəniyyət evinin direktoru Sərvər Şirinov mədəniyyət sahəsindəki məhsuldar fəaliyyətinə görə Vahid Əliyevin Mil-Muğan regional Mədəniyyət İdarəsi tərəfindən “Fəxri fərman”a layiq görüldüyünü elan etdi.
Üç saatdan artıq davam edən musiqili gecə tamaşaçılara böyük zövq verdi.
Azər
00:32 / 09 Oktyabr 2026
37
00:11 / 09 Oktyabr 2026
67
00:04 / 09 Oktyabr 2026
469
00:01 / 09 Oktyabr 2026
78
23:50 / 08 Oktyabr 2026
71
23:27 / 08 Oktyabr 2026
86
23:13 / 08 Oktyabr 2026
107
23:10 / 08 Oktyabr 2026
76
23:03 / 08 Oktyabr 2026
130
23:01 / 08 Oktyabr 2026
181
22:50 / 08 Oktyabr 2026
200
22:41 / 08 Oktyabr 2026
90
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
130
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
98
21:29 / 08 Oktyabr 2026
93
21:28 / 08 Oktyabr 2026
1257
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
97
20:27 / 08 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.