DİN və FHN təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 Mart 2026, 09:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4948
29.10.2025, 18:19
Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.
Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə - fəaliyyətinə nəzarəti 50 üzvdən - təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən - ibarət Dövlət Şurası təmin edəcək. Mehdiyevin “Dövlət Şurası”nda təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var.
Mehdiyevin komandasında yer alacaq 50 nəfərin tam siyahısı hələ məlum olmasa da, Teleqraf İnformasiya Agentliyi “Dövlət Şurası”nda yer alacaq müxalifət nümayəndələrindən 2 nəfərin kimliyi haqda məlumat əldə edib.
Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimli, digəri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir. Əli Kərimlinin hələ 90-cı illərin ikinci yarısında - Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin “çətiri” altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi məlumdur. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin gündəmdən düşməsi, mitinq və piketlərə son qoyulması da bunu isbat edən əsas məqamlardandır. Çünki Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin “ana müxalifət” və “hakimiyyətə təhdid yaradacaq gücə malik olması” haqqında eyforiya yaradılır, mitinq və piketlərlə gündəmdə qalırdı. Mənbə bildirir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında müxalifətin fəaliyyətinin koordinasiya edildiyi gizli əlaqə var idi.
Ramiz Mehdiyev Əli Kərimlini necə idarə edib?
Həmçinin oxuyun
Bu əlaqəni quran şəxsin isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun olduğu deyilir.
Teleqraf-ın məlumatına görə, Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Ramiz Mehdiyev və Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin siyasi fəaliyyətinin zəifləməsi, aksiyalara son qoyulması, ümumiyyətlə, gündəmdən çıxması da bununla bağlıdır. Çünki Ramiz Mehdiyev və Əli Həsənov Əli Kərimlini gündəmdə saxlamaqla “hakimiyyətə real təhdid olduğunu” və “onlar tərəfindən bu təhdidin qarşısının alındığı” görüntüsünü yaradır, öz vəzifələrini bu yolla qorumağa çalışırdılar. Əli Kərimli də Ramiz Mehdiyevin təlimatlarına əməl etməklə “ana müxalifət” obrazında siyasi və digər imtiyazlar əldə edirdi. Görünür, Mehdiyev çevriliş planında ona yeni missiya vermək niyyətində imiş.
Gültəkin Hacıbəylinin “Dövlət Şurası”na daxil edilməsinin isə fərqli hədəfləri olub. Mənbə bildirir ki, Qərbdə müxtəlif dairələrlə münasibəti olan və dəstək alan G.Hacıbəylinin qurumda təmsilçiliyi mümkün çevriliş cəhdinin Qərb tərəfindən də dəstəklənməsinə hesablanıb.
Məlumatda o da bildirilir ki, G.Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsi hələ parlament üzvü olduğu dövrdə yaranıb. Hacıbəyli parlamentə düşə bilmədikdən sonra onun vaxtilə müdafiə etdiyi hakimiyyətə qarşı üsyana başlaması və məhz Əli Kərimlinin yanına getməsində də Mehdiyevin təlimatlarının rol oynadığı deyilir. Mənbə daha bir mühüm detalı da açıqlayıb: Ramiz Mehdiyev “Dövlət Şurası”nda bütün region dövlətlərinə yaxın şəxslərin iştirakını vacib sayır, bununla həmin dövlətlərin loyallığını təmin etməyin mümkün olduğunu düşünürmüş. Həmin şəxslərin də adlarının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
10:02 / 17 Mart 2026
1
09:28 / 17 Mart 2026
57
09:26 / 17 Mart 2026
37
00:58 / 17 Mart 2026
233
00:42 / 17 Mart 2026
301
00:19 / 17 Mart 2026
441
23:59 / 16 Mart 2026
96
23:56 / 16 Mart 2026
320
23:55 / 16 Mart 2026
97
23:51 / 16 Mart 2026
112
23:49 / 16 Mart 2026
263
23:42 / 16 Mart 2026
120
23:39 / 16 Mart 2026
289
23:36 / 16 Mart 2026
1595
23:33 / 16 Mart 2026
137
23:28 / 16 Mart 2026
3575
23:22 / 16 Mart 2026
152
23:15 / 16 Mart 2026
2596
23:14 / 16 Mart 2026
226
22:55 / 16 Mart 2026
2885
22:54 / 16 Mart 2026
538
22:41 / 16 Mart 2026
195
22:25 / 16 Mart 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.