Tədiyyə bildirişi nədir?
14 Yanvar 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
905
27.10.2025, 20:16
PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanladığı məktubun üzə çıxması ilə 87 yaşlı keçmiş "boz kardinal"ın çevriliş planı sənədli şəkildə ifşa olundu.
Məktubun altında Mehdiyevin imzası olmasaydı belə dəsti-xətti onu ələ verərdi: akademik cümlələrlə publisistikanın diletancasina calaq edilməsi, iddialı "həll yolları"nın irəli sürülməsi, özünü "xilaskar" kimi təqdim etmək cəhdi...
Məktubdan aydın olur ki, Mehdiyev bunu AMEA-ya rəhbərlik etdiyi dövrdə qələmə alıb. Elm ocağını intriqa yuvasına çevirdiyi vaxt bəzən "elm" adına etdiyi, ya da sifarişlə yazdırdığı cızma-qaraları da eyni üslubda idi. Misal üçün, məktubda onun qeyd etdiyi "qəddar ruh" ifadəsi ilə dini-mifolojik mesaj verməyə çalışdığı hiss olunur. AMEA-ya rəhbərliyi dövründə tirajladığı yazılarda da analoji terminologiyaya tez-tez baş vurması ilə yadda qalıb. Görünür, həmin vaxt "beşinci kolon"un qəbul otağına çevirdiyi elm ocağındakı kabinetində Rusiyadan gələn emissarlarin ziyarəti onu çevriliş planı hazırlamağa ruhlandırıb.
Bu məktub Mehdiyevin dövlətə və siyasi hakimiyyətə xəyanətinin isbatıdır. Belə bir xəyanət cəhdinin reallaşması sıfıra bərabər ehtimal idi, onu arxalandığı Rusiyanın ifşa etməsi də o deməkdir ki, yaşlı "boz kardinal"ın dövrü çoxdan, Prezident İlham Əliyev onu postundan göndərəndə bitmişdi. Sadəcə, Mehdiyev bu reallığı anlamaq istəməyib. Mehdiyevin gedişi ölkədə çoxdan gözlənilən, həm də xalqın tələbinə çevrilmiş köhnə komandanın yola salınması - idaretmədəki eybəcərliklərə son qoymaq addımı idi. Dövlət başçısı bu prosesi köklü islahatlarla həyata keçirdi. Bu baxımdan, onun məktubunda qeyd etdiyi "son illərdə Azərbaycanda dövlət idarəetmə sistemini, eləcə də iqtisadi həyatı əhatə edən dərin böhran köklü islahatların və dəyişikliklərin aparılmasını tələb edir" qeydi gülünc göründüyü qədər, məqsədin iddia etdiyi kimi "böhrandan çıxış yolunu" tapmaq yox, özünün hakimiyyət davası olduğunu da təsdiq edir.
R.Mehdiyev iddia edir ki, "ölkədə dərin böhran var", halbuki onun və dəstəsinin dövlət idarəçiliyindən uzaqlaşdırılması yaratdıqları böhranı aradan qaldırmaq məqsədi daşıyırdı, böyük ölçüdə nəticə əldə olundu da. 44 günlük Vətən müharibəsi və şanlı Qələbəmiz bunun bariz nümunəsidir. Əgər iddia etdiyi kimi, "böhran" hələ də müəyyən qədər davam edirsə, bu da Mehdiyevin PA postunda olduğu müddətdə yaratdığı eybəcər sistemin qalıqlarıdır. Mehdiyevin bu iddiasında üç məqsəd yer alır.
1. Vəzifəsini itirməsini qəbullana bilmir və qisas hissi ilə hərəkət edir.
2. Tənqidçi mövqedən çıxış etməklə özünün müəllifi olduğu eybəcərliklərdən yayınmağa çalışır.
Həmçinin oxuyun
Çünki Mehdiyev bu məktubu çevriliş planına dəstək əldə etmek ve nəticəyə nail olmaq ümidi ilə yazıb. Və görünür, düşünürmüş ki, iddia etdiyi siyasi olimpə qalxa bilsə, nə vaxtsa onun məktubu gün üzünə çıxa bilər. Ona görə də özünü tənqidçi və xalqın tərəfdarı kimi göstərmək üçün xeyli cümlə "sərf" edib. Halbuki, törətdiyi əməllər, milli maraqlara vurduğu zərbələr fonunda onun bu obrazi "qoyun dərisindəki tülkü"nü xatırladır. Məktubun ən maraqlı hissəsi dövlət çevrilişinin baş tutacağı təqdirdə yaradılacaq yeni sistemdir. Təklif edir ki, "Dövlət Şurası" yaradılsın və bunu ölkədə "demokratik sistemin" qurulması məqsədi ilə izah edir. Əslində onun istədiyi "Mehdiyev şurası"nın yaradılması və Azərbaycana özünün ağalıq etməsidir.
Birincisi, ölkədə demokratik idarəetmə prinsiplərinə əsaslanan hakimiyyətin üç qolu - qanunvericilik, məhkəmə və icraedici orqanlar tam nəzarətə götürülür.
İkincisi, ölkə Mehdiyevin təklif etdiyi 50 nəfərlik Dövlət Şurası tərəfindən, yəni "50 nəfər seçilmişlər" tərəfindən idarə olunur, təbii ki "seçilmişlərin" başında özünün dayanması şərtilə.
O, bunun ölkənin tədricən parlament respublikasına keçidi məqsədi daşıdığını iddia etsə də, gerçək hədəf Azərbaycanı özünün rəhbərliyində quldarlıq dövrünə qaytarmaqdan başqa bir şey deyil. Çünki Mehdiyevin "Dövlət şurası" ideyası dövlət idarəetməsi təcrübəsinə yaddır, hətta Roma imperiyasında belə daha demokratik idarəetmə mövcud olub. Mehdiyev ölkəni "seçilmişlər" - 50 nəfərlik şura və "seçilmişlərin seçilmişi" kimi özünə tabe etdirmək niyyətində imiş...
23:35 / 14 Yanvar 2026
1
23:30 / 14 Yanvar 2026
17
23:23 / 14 Yanvar 2026
14
23:18 / 14 Yanvar 2026
32
23:10 / 14 Yanvar 2026
275
23:08 / 14 Yanvar 2026
130
23:05 / 14 Yanvar 2026
148
23:02 / 14 Yanvar 2026
76
22:59 / 14 Yanvar 2026
48
22:52 / 14 Yanvar 2026
39
22:48 / 14 Yanvar 2026
154
22:43 / 14 Yanvar 2026
44
22:31 / 14 Yanvar 2026
75
22:26 / 14 Yanvar 2026
122
22:26 / 14 Yanvar 2026
77
22:21 / 14 Yanvar 2026
45
22:13 / 14 Yanvar 2026
71
22:10 / 14 Yanvar 2026
116
22:01 / 14 Yanvar 2026
603
21:59 / 14 Yanvar 2026
52
21:54 / 14 Yanvar 2026
92
21:50 / 14 Yanvar 2026
67
21:39 / 14 Yanvar 2026
60
21:34 / 14 Yanvar 2026
1694
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.