Rəsmi portalda pensiya kapitalında azalmalar olub? - Qurumdan cavab
10 Oktyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
596
17.10.2025, 20:03
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.
Oxu24.com xəbər verir ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.
Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.
Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.
Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, İkinci Katolik Kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.
Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.
Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, İkinci Katolik Kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə təşəkkürünü bildirib.
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.
14:55 / 10 Oktyabr 2026
31
14:37 / 10 Oktyabr 2026
265
14:34 / 10 Oktyabr 2026
58
14:28 / 10 Oktyabr 2026
72
14:09 / 10 Oktyabr 2026
102
14:07 / 10 Oktyabr 2026
71
13:54 / 10 Oktyabr 2026
509
13:33 / 10 Oktyabr 2026
224
12:50 / 10 Oktyabr 2026
113
12:30 / 10 Oktyabr 2026
84
12:15 / 10 Oktyabr 2026
89
12:10 / 10 Oktyabr 2026
107
11:51 / 10 Oktyabr 2026
176
11:45 / 10 Oktyabr 2026
91
11:33 / 10 Oktyabr 2026
127
11:26 / 10 Oktyabr 2026
3559
11:11 / 10 Oktyabr 2026
1317
10:50 / 10 Oktyabr 2026
154
10:35 / 10 Oktyabr 2026
133
10:31 / 10 Oktyabr 2026
105
10:26 / 10 Oktyabr 2026
110
10:24 / 10 Oktyabr 2026
75
10:23 / 10 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.