Moped sürənlərə XƏBƏRDARLIQ
05 Dekabr 2025, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1615
17.10.2025, 16:49
2012-ci ildə Türkiyədə vəfat edən Sevinc Babayevanın ölümündə vaxtı ilə Ramiz Mehdiyevin əlinin olduğu iddia olunub.
Ajans.az xəbər verir ki, 2012-ci ilin sentyabr ayında Azərbaycan Beynəlxalq Universitetinin rektoru kimi tanınan Elşad Abdullayevin verdiyi açıqlamada baş verən siyasi korrupsiya hadisəsində Gülər Əhmədova, Sevinc Babayeva ilə yanaşı, həm də Ramiz Mehdiyevin də adı çəkilirdi.
Elşad Abdullayev 2012-ci ildə "YouTube " platformasında hadisənin detallarını əks etdirən videolar paylaşdı. Paylaşılan ilk videoda Elşad Abdullayev özü, Gülər Əhmədova və onun dostu Sevinc Babayeva kabinetdə oturaraq, 2005-ci il parlament seçkilərində baş verənləri müzakirə edirdilər.
Video yerli mediada ciddi səs-küyə səbəb olur. Görüntülərdə Abdullayev bir neçə dəfə Gülər Əhmədovanın Ramiz Mehdiyevin adını rüşvət alan tərəf olaraq çəkməsinə nail olmağa çalışır, lakin Əhmədova bunu açıq şəkildə təsdiq etmir. Hətta dəfələrlə "Ramiz müəllimə pul vermirəm", "Ramiz müəllim indiyədək heçkimdən rüşvət də almayıb" kimi ifadələr deyərək diqqəti Ramiz Mehdiyevin üzərindən yayındırmağa çalışır. Gülər Əhmədova videonun yalan, montaj olduğunu bildirir. Hadisənin ardından Gülər Əhmədova istintaqa mane olmamaq üçün öz mandatından imtina edir.
Elşad Abdullayevin paylaşdığı videolardan sonra elə təəssürat yaranır ki, guya o pulu millət vəkili olmaq üçün pul verib. Ancaq Abdullayev mediaya verdiyi açıqlamada bildirir ki, həmin pulları qardaşını geri qaytarmaq üçün verib. Həmçinin qarşı tərəfin videoların yalan olması ilə bağlı iddialarına da açıqlama verib. O deyir ki, videogörüntülər Avropa Məhkəməsinə də təqdim olunub. Şübhə edənlər müstəqil ekspertlərə müraciət edə bilərlər. Açıqlamasında videoların davamının olduğunu da qeyd etmişdi.
Elşad Abdullayev verdiyi açıqlamalarda sözügedən 500 minin tələbələrə aid olması haqqında olan iddialara da açıqlama gətirmişdi. Həmçinin paylaşdığı videonun 5-10 dəqiqəlik olduğunu, Gülər Əhmədova ilə olan söhbətinin 5 saatdan çox danışdığını bildirib. Həmin videoda sadəcə oğurlanmış qardaşından söhbət getdiyini də qeyd edir.
Elşad Abdullayev verdiyi digər açıqlamalarda Gülər Əhmədova və Sevinc Babayeva ilə olan sonuncu görüşündə verdiyi pulu geri tələb edib. Ancaq bunun əvəzində təhdid edildiyini qeyd edib. Elşad Abdullayev bildirib ki, qarşı tərəfə heç nə edə bilməzdi, çünki onların arxasında Ramiz Mehdiyev dayanmışdı.
Həmçinin oxuyun
Bütün bu hadisələr olduğu vaxtda Sevinc Babayevanın Elşad Abdullayevlə təkbətək söhbət etdiyi və dəfələrlə Ramiz Mehdiyevin adını çəkdiyi videonun yayımlanmasından sonra onun yoxa çıxdığı açıqlandı. Hətta Sevinc Babayeva 2012-ci il dekabrın 24-də İnterpol xətti ilə beynəlxalq axtarışa verilir.
2012-ci ildə dekabr ayının 27-də Sevinc Babayevanın oğlu Bakı şəhər prokurorluğuna zəng edərək, anasının Türkiyənin İstanbul şəhərində ürək xəstəliyindən vəfat etdiyini bildirib.
Sevinc Babayevanın ölümündən sonra yeni iddialar ortaya çıxır. Yayılan məlumatlara əsasən Sevinc Babayevanın ölümündə Ramiz Mehdiyevin əli ola bilər. Elşad Abdullayev də verdiyi açıqlamalardan birində deyir ki, Sevinc Babayeva Mahir Abdullayevin oğurluğu ilə əlaqəli olan tək qurban deyil. O bildirib ki, bəlkə də 7-ci qurbandır. Onun sözlərinə görə, Babayevanın əsas narahatlıçığı Ramiz Mehdiyev olub. Hətta Sevinc Babayevanın Milli Təhlükəsizlik Nazirliyinə ərizə də yazdığını da qeyd edib. Bildirib ki, bunu etməkdə məqsədi o idi ki, onun həyatı üçün təhlükə var, oni aradan götürə bilərlər. Ramiz Mehdiyevlə bağlı konkret sübutun olub-olmaması suallarına isə bildirib ki, Sevinc Babayeva və Gülər Əhmədovanın Ramiz Mehdiyevin adını çəkməsi yetərlidir.
Sevinc Babayevanın ölümündə Ramiz Mehdiyevin əlinin olması ilə bağlı yayılan məlumatların nə qədər həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün zamanında Sevinc Babayeva ilə yaxın münasibətdə olan Gülər Əhmədova ilə əlaqə saxlamağa çalışdıq. Ancaq zənglərimizə cavab verilmədi. Mesaj yazaraq sonra zəng edilməsini bildirdi, ancaq zənglərimiz cavabsız qaldı.
Mənbələr: BBC Azərbaycanca; Qafqazinfo; Yeni Müsavat; Sia.az; azpolitika.info;
12:03 / 05 Dekabr 2025
139
11:55 / 05 Dekabr 2025
18
11:48 / 05 Dekabr 2025
29
11:42 / 05 Dekabr 2025
110
11:36 / 05 Dekabr 2025
63
11:33 / 05 Dekabr 2025
64
11:17 / 05 Dekabr 2025
566
11:14 / 05 Dekabr 2025
38
11:00 / 05 Dekabr 2025
119
10:52 / 05 Dekabr 2025
37
10:46 / 05 Dekabr 2025
55
10:44 / 05 Dekabr 2025
39
10:34 / 05 Dekabr 2025
218
10:30 / 05 Dekabr 2025
278
10:18 / 05 Dekabr 2025
48
10:15 / 05 Dekabr 2025
41
10:13 / 05 Dekabr 2025
73
10:10 / 05 Dekabr 2025
52
09:35 / 05 Dekabr 2025
845
00:28 / 05 Dekabr 2025
96
00:24 / 05 Dekabr 2025
108
00:20 / 05 Dekabr 2025
79
00:17 / 05 Dekabr 2025
101
00:11 / 05 Dekabr 2025
73
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.