Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar
10 Oktyabr 2026, 16:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
17.10.2025, 12:08
14-16 oktyabr tarixlərində AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” (“Qarabağı yenidənqurma”) – Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi keçirilib.
Sərgidə rəqəmsal həllər üzrə tərəfdaş qismində çıxış edən “AzInTelecom” Qarabağdakı infrastrukturun bərpası ilə yanaşı, rəqəmsal inkişafın önəminə də diqqət çəkib. Şirkətin təqdim etdiyi “bulud” xidmətləri və SİMA Rəqəmsal Həllər platforması vasitəsilə azad edilmiş ərazilərdə texnoloji ekosistemin qurulmasına, vətəndaş və bizneslər üçün rəqəmsal rahatlığın təmininə yönəlmiş təşəbbüslərini nümayiş etdirib.
AZCON Holding-in baş kommunikasiya inzibatçısı Əli Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində AZCON Holding və idarəetməsinə verilmiş dövlət müəssisələrinin gördüyü işlər barədə öz çıxışında qısa məlumat verib.
“AzInTelecom”un əməkdaşı Aysel Əfəndizadə sərgi zamanı təqdimatla çıxış edərək bildirib ki, Qarabağın bərpası həm də rəqəmsal müstəvidə davam edir. O, şirkətin təqdim etdiyi “bulud” texnologiyaları, həmçinin SİMA məhsullarının Qarabağa köç edən insanlara, eləcə də orada fəaliyyət göstərən qurumlara çevik və məsafədən xidmət imkanları təqdim etdiyini bildirib.
Qeyd edək ki, Qarabağın bərpası və dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin təqdimatı üçün mühüm platforma olan “Rebuild Karabakh” sərgisində müxtəlif yerli və beynəlxalq şirkətlər iştirak edib. “AzInTelecom” MMC sərgidə texnoloji tərəfdaş olmaqla yanaşı, həm də sosial məsuliyyətini nümayiş etdirib.
“AzInTelecom” haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim edir.
16:47 / 10 Oktyabr 2026
24
16:31 / 10 Oktyabr 2026
46
15:59 / 10 Oktyabr 2026
533
15:55 / 10 Oktyabr 2026
71
15:29 / 10 Oktyabr 2026
86
15:23 / 10 Oktyabr 2026
91
15:15 / 10 Oktyabr 2026
97
15:14 / 10 Oktyabr 2026
89
15:05 / 10 Oktyabr 2026
85
14:55 / 10 Oktyabr 2026
225
14:37 / 10 Oktyabr 2026
909
14:34 / 10 Oktyabr 2026
97
14:28 / 10 Oktyabr 2026
314
14:09 / 10 Oktyabr 2026
407
14:07 / 10 Oktyabr 2026
132
13:54 / 10 Oktyabr 2026
613
13:33 / 10 Oktyabr 2026
283
12:50 / 10 Oktyabr 2026
146
12:30 / 10 Oktyabr 2026
92
12:15 / 10 Oktyabr 2026
94
12:10 / 10 Oktyabr 2026
115
11:51 / 10 Oktyabr 2026
190
11:45 / 10 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.