Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar
10 Oktyabr 2026, 16:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1617
17.10.2025, 10:05
Daxili İşlər Nazirliyinin Polis Akademiyası bu gün ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilib. Bunu 2025/2026-cı tədris ili üçün keçirilən qəbul prosesi bir daha təsdiqləyib. Xüsusi təyinatlı bu ali təhsil müəssisəsində qəbul planı üzrə nəzərdə tutulmuş yerlər tam dolub.
Oxu24.com DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, orta məktəblərdə keçirilən görüşlər, təqdimatlar və maarifləndirici tədbirlər nəticəsində gənclər Polis Akademiyasını təkcə nüfuzlu ali təhsil müəssisəsi kimi deyil, həm də təhlükəsizliyin, əmin-aman gələcəyin və vətənə xidmətin ünvanı kimi görürlər.
Respublikanın demək olar ki, bütün ümumtəhsil müəssisələrini, o cümlədən ən ucqar kəndlərdə yerləşən tam orta məktəbləri əhatə edən təşviqat tədbirləri nəticəsində daxili işlər orqanlarinin təhsil sisteminə maraq ildən-ilə artmaqdadır.
2024/2025-ci tədris ilində qəbul üçün 2250 nəfər müraciət etdiyi halda, bu tədris ilində həmin rəqəm 2938 nəfərə yüksəlib. Onlardan 550 nəfər hüquqşünaslıq, 25 nəfər isə informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul olunub.
Məlum olduğu kimi, Polis Akademiyasına qəbul yalnız test imtahanı ilə məhdudlaşmır. Namizədlər əvvəlcə fiziki hazırlıq sınaqları, psixoloji və bilik testləri, daha sonra isə Seçmə Komissiyadan keçirlər. Bu sistem yalnız bilikli deyil, həm də güclü, dözümlü və sağlam düşüncəli gənclərin seçilməsinə imkan yaradır. Şəffaf imtahan prosesi sosial mənşəyindən asılı olmayaraq, hər bir istedadlı gəncə bərabər imkanlar təqdim edir.
Gənclər arasında daxili işlər orqanlarında xidmətə və təhsilə marağın artırılması məqsədilə təşviqat kampaniyaları davam etdirilir. Şagirdlərlə keçirilən maarifləndirici görüşlərdə hüquq-mühafizə sistemində xidmətin əhəmiyyəti, vətənpərvərlik dəyərləri, qəbul şərtləri, imtahan mərhələləri və tədris prosesi barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, kursantların sayının artması akademiyanın maddi-texniki bazasının da genişləndirilməsini zəruri edib. Akademiyada təhsil korpusları, yataqxanalar, tədris laboratoriyaları tikilib, geyim və qidalanma təminatı yenilənib, infrastruktur tam şəkildə müasirləşdirilərək gənclərin hərtərəfli hazırlığı üçün əlverişli şərait yaradılıb.
16:47 / 10 Oktyabr 2026
24
16:31 / 10 Oktyabr 2026
46
15:59 / 10 Oktyabr 2026
533
15:55 / 10 Oktyabr 2026
71
15:29 / 10 Oktyabr 2026
86
15:23 / 10 Oktyabr 2026
91
15:15 / 10 Oktyabr 2026
97
15:14 / 10 Oktyabr 2026
89
15:05 / 10 Oktyabr 2026
85
14:55 / 10 Oktyabr 2026
225
14:37 / 10 Oktyabr 2026
909
14:34 / 10 Oktyabr 2026
97
14:28 / 10 Oktyabr 2026
314
14:09 / 10 Oktyabr 2026
407
14:07 / 10 Oktyabr 2026
132
13:54 / 10 Oktyabr 2026
613
13:33 / 10 Oktyabr 2026
283
12:50 / 10 Oktyabr 2026
146
12:30 / 10 Oktyabr 2026
92
12:15 / 10 Oktyabr 2026
94
12:10 / 10 Oktyabr 2026
115
11:51 / 10 Oktyabr 2026
190
11:45 / 10 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.