Bu tarixlər ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
10 Oktyabr 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1390
15.10.2025, 11:12
Tanınmış teleaparıcı Zaur Baxşəliyev efirdə səsləndirdiyi fikrə görə məhkəməyə verilib.
Oxu24.com "Teleqraf"a istinadən xəbər verir ki, onunla bağlı xüsusi ittiham qaydasında şikayətə Səbail Rayon Məhkəməsində baxılıb.
Aparıcının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün məhkəməyə müraciət edən "Bizimləsən" verilişində adı çəkilən Nərman Rəhimov olub.
Nərman şikayətində bildirib ki, Zaur Baxşəliyev onun şəxsiyyətini keçmiş arvadının iddiaları əsasında efirdə alçaldıb, barəsində "Nərman gedib Rusiyaya, 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var" cümləsini işlədib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Baxşəliyev bildirib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil:
"Nərman Rəhimov özü bizim verilişə gələrək ona "stop" qoyulduğunu bildirərək köməklik göstərməsini xahiş etdi, biz də onu dəvət etdik. Mən efirdə vasitəsiz nitqi tətbiq edirəm. Mən nə Sədaqət xanımı, nə də Nərman Rəhimovu tanımışam. Evdə uşağın olmasını demək böhtan sayılmır. Mən əlimdə olan rəsmi sənədlər əsasında bu məsələni səsləndirmişəm. Deyilən ifadələr vasitəsiz nitqlərdir. İfadələrimə diqqət etsəniz, Nərmanın dedikləri və rəsmi sənədlər əsasında mən fikirləri səsləndirmişəm. Verilişdə iştirak edən hüquqşünas təqdim olunmuş rəsmi sənədlərlə tanış olduqdan sonra orada göstərilən halları bildirib. Qarşı tərəfə təhqir və ya böhtan olaraq heç bir söz işlətməmişəm və bunları nəzərə alıb bəraət verilməsini məhkəmədən xahiş edirəm".
Məhkəmə iclasında "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "Bizimləsən" verilişinin audiovideo görüntülərinə cinayət prosesi tərəflərinin iştirakları ilə birlikdə baxış keçirilib. Baxış zamanı video görüntülərdə aşağıdakı ifadələr öz əksini tapıb:
"Hal-hazırda studiyamıza gələn şəxs 16 ildən sonra öyrənir ki, aliment ödəməli olduğu uşaq onun doğma uşağı deyil, DNT analizlərinin nəticəsi uşağın başqa bir insanın uşağı olduğunu deyir, əlində sübutları var. 2 ildən sonra evinə döndüyündə evində uşaq görür, bu kimin uşağıdır soruşur, "səninkidir" deyirlər. Bunların hamısını studiyamıza gələn şəxs (Nərman Rəhimov) deyir. Bu həqiqətdirmi, ya yox, gəlsin studiyamıza öyrənək".
Digər bir görüntüdə isə deyilir:
Növbəti görüntüdə isə "Gedib Rusiyaya gəlib görüb ki, evində bir uşaq var. Bunun işi lap deyiləsi deyil" - ifadələri yer alıb.
Məhkəmə heyəti görüntülərlə tanış olduqdan sonra burada cinayət tərkibi olmadığı qənaətinə gəlib və Zaur Baxşəliyevə bəraət verib.
20:50 / 10 Oktyabr 2026
1
20:37 / 10 Oktyabr 2026
28
20:26 / 10 Oktyabr 2026
52
20:04 / 10 Oktyabr 2026
69
19:53 / 10 Oktyabr 2026
124
19:42 / 10 Oktyabr 2026
262
19:32 / 10 Oktyabr 2026
85
19:25 / 10 Oktyabr 2026
148
19:16 / 10 Oktyabr 2026
339
19:01 / 10 Oktyabr 2026
171
18:48 / 10 Oktyabr 2026
179
18:31 / 10 Oktyabr 2026
85
18:21 / 10 Oktyabr 2026
90
18:09 / 10 Oktyabr 2026
87
17:42 / 10 Oktyabr 2026
129
17:34 / 10 Oktyabr 2026
113
17:30 / 10 Oktyabr 2026
98
16:47 / 10 Oktyabr 2026
103
16:31 / 10 Oktyabr 2026
127
15:59 / 10 Oktyabr 2026
1334
15:55 / 10 Oktyabr 2026
206
15:29 / 10 Oktyabr 2026
140
15:23 / 10 Oktyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.