Bu tarixdə qısa iş günü olacaq
25 Dekabr 2025, 19:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5127
13.10.2025, 13:07
Azərbaycan Milli Məclisinin ABŞ-da mühacirətdə olan eks-sədri Rəsul Quliyevin qızı, nəvəsi və kürəkəni 30 ildən sonra Bakıya gəlib. Səfərin ilk günü onlar Fəxri Xiyabanı, ardınca Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanda qalacaqları müddətdə onların işğaldan azad olunmuş Qarabağ torpaqlarını da ziyarət edəcəkləri planlaşdırılıb.
Rəsul Quliyevin qızının 30 ildən sonra Azərbaycana dönüşü eks-spikerin ailə üzvləri – xüsusulə övladları – medianın və ictimaiyyətin maraq dairəsinə düşüb. Onun övladları kimdirlər, nə işlə məşğuldurlar?
Oxu24.com xəbər verir ki, Modern.az-ın məlumatına görə, Rəsul Quliyev iki oğlu, bir qızı var. Onların hər üçü Amerikada yaşayır.
Eks-spikerin böyük oğlu Pərvin Quliyev hazırda ABŞ-ın Nyu-York ştatında yaşayır. O, Azərbaycanı 20 yaşında tərk edərək, Avstriyanın Vyana şəhərində ingilis dili öyrədən məktəbə daxil olub. Daha sonra ali təhsil almaq üçün 1992-ci ildə ABŞ-a köçüb. Təhsilini davam etdirmək üçün okeanın o tayına gedən P.Quliyev atasının 1996-ci ildə Azərbaycanı tərk etməsi səbəbindən geri qayıtmayıb. O zaman Quliyevlər ailəsinin bütün üzvlərinə siyasi sığınacaq statusu verilib.
Onun maliyyə sahəsində işlədiyi bildirilir.
54 yaşlı Pərvin Quliyev evlidir. Onun həyat yoldaşı Zemfira xanım da təhsilini ABŞ-da bitirib və məktəbdə müəllimə işləyir. Cütlüyün iki oğlu var - Rəsul və Elmir.
Rəsul Quliyevin digər oğlu Ziya Quliyevin rəssam olduğu və özəl sektorda çalışdığı barədə məlumat var. Onun da evli və iki övlad atası olduğu bildirilir.
Eks-spikerin qızı Xanım Quliyeva evlidir və iki uşağı var. O, əvvələr ABŞ-da bank sektorunda işləyib. Daha sonra demokratiya üçün yaradılmış fondda çalışıb. İndi isə özəl sektorda fəaliyyət göstərdiyi bildirilir.
1996-cı ildə ABŞ-a köçən Rəsul Quliyev hazırda 78 yaşı var. O, əvvəllər neft mühəndisi olmuş Elmira Quliyeva ilə ailəlidir.
R.Quliyev 1981-ci ildə Bakı Neftayırma zavodunda direktor vəzifəsinə təyin olunub. 1990-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci ildə R.Quliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti təyin edilib.
11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışıb.
Həmçinin oxuyun
29 iyul 1993-cü ildə Milli Məclisin deputatı seçilib. 5 noyabr 1993-cü ildə isə parlamentin sədri seçilib və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləyib.
1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan parlamentinin sədri seçilib.
1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildə ABŞ-da mühacirət edib. R.Quliyev ABŞ-a yerləşdirkdən sonra Azərbaycan hakimiyyətinə müxalifətdə olub, Bakıdakı bəzi siyasi partiyalarla əməkdaşlıq edib.
2003-cü ildə keçirilmiş Prezident seçkilərində Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən namizədliyi irəli sürülüb, lakin Mərkəzi Seçki Komissiyası onu prezidentliyə namizəd kimi təsdiq etməyib.
2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə Azərbaycana qayıtmağa cəhd edib. Lakin Binə hava limanı onun mindiyi təyyarənin qəbulundan imtina edib. Buna görə də təyyarə məcburi olaraq Ukraynanın Simferopol şəhərinə enib. Orada Rəsul Quliyev həbs edilib. ABŞ və beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılıb.
Rəsul Quliyev sonralar Azərbaycanda yaradılan Açıq Cəmiyyət partiyasında təmsil olunub, amma 2013-cü ildə oradan istefa verib.
Rəsul Quliyev 2024-cü ildə Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirib və tərəfdarlarını ona səs verməyə çağırıb.
O, hazırda Azərbaycanda fəaliyyət göstərən Gələcək Azərbaycan Partiyasının fəxri üzvüdür.
19:53 / 25 Dekabr 2025
22
19:37 / 25 Dekabr 2025
330
19:31 / 25 Dekabr 2025
624
19:24 / 25 Dekabr 2025
61
19:06 / 25 Dekabr 2025
331
19:04 / 25 Dekabr 2025
78
18:09 / 25 Dekabr 2025
1882
18:07 / 25 Dekabr 2025
444
18:05 / 25 Dekabr 2025
49
17:28 / 25 Dekabr 2025
548
17:27 / 25 Dekabr 2025
59
17:25 / 25 Dekabr 2025
53
16:57 / 25 Dekabr 2025
123
16:54 / 25 Dekabr 2025
63
16:45 / 25 Dekabr 2025
219
16:42 / 25 Dekabr 2025
64
16:33 / 25 Dekabr 2025
319
16:22 / 25 Dekabr 2025
57
16:20 / 25 Dekabr 2025
68
16:08 / 25 Dekabr 2025
427
16:02 / 25 Dekabr 2025
70
16:00 / 25 Dekabr 2025
5412
15:58 / 25 Dekabr 2025
1098
15:53 / 25 Dekabr 2025
1260
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.