“Analarımız, nənələrimiz kəlağayı örtüb, şal bağlayıblar...” – Sabir Rüstəmxanlı
11 Oktyabr 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
612
04.10.2025, 11:19
Bu gün Vətən Müharibəsi Qəhrəmanı - şəhid polkovnik Zaur Nudirəliyevin anım günüdür!
Dərin ehtiramla yad edirik!
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, USTA dərəcəli pilot Zaur İsmayıl oğlu Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995-2000-ci illərdə isə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbində "təyyarəçi" ixtisası üzrə təhsil alıb. Həmçinin 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil alıb. 2000-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət etməyə başlayan Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində bir çox mükafatlara layiq görülüb. Polkovnik Zaur Nudirəliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uçuşu uğurla başa vuraraq xeyli düşmən texnika və canlı qüvvəsini məhv edib. Oktyabr ayının 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşu zamanı Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi düşmən Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulub. Ağır yaralanmasına baxmayaraq polkovnik Zaur Nudirəliyev düşmən tərəfinə əsir düşməmək üçün təyyarədən katapult etməyib və təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırparaq qəhrəmancasına şəhid olub.
Zaur Nudirəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
15:03 / 11 Oktyabr 2026
1
14:50 / 11 Oktyabr 2026
20
14:41 / 11 Oktyabr 2026
53
14:35 / 11 Oktyabr 2026
79
14:34 / 11 Oktyabr 2026
53
14:25 / 11 Oktyabr 2026
305
14:19 / 11 Oktyabr 2026
82
14:15 / 11 Oktyabr 2026
73
14:10 / 11 Oktyabr 2026
104
14:06 / 11 Oktyabr 2026
61
13:51 / 11 Oktyabr 2026
1008
13:40 / 11 Oktyabr 2026
169
13:16 / 11 Oktyabr 2026
95
13:13 / 11 Oktyabr 2026
724
12:56 / 11 Oktyabr 2026
681
12:44 / 11 Oktyabr 2026
128
12:32 / 11 Oktyabr 2026
623
12:29 / 11 Oktyabr 2026
105
12:25 / 11 Oktyabr 2026
142
12:20 / 11 Oktyabr 2026
157
12:10 / 11 Oktyabr 2026
480
11:55 / 11 Oktyabr 2026
99
11:30 / 11 Oktyabr 2026
1912
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.