Müqaviləsiz iş görənlərin diqqətinə: WhatsApp yazışmaları.. — Açıqlama
11 Avqust 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
539
30.09.2025, 09:45
Süfrələrimizdə tez-tez yer alan və bir çox insanın sevimlisi olan bəzi qidalar əslində səssiz şəkildə sağlamlığımıza ciddi zərər vurur. Xüsusilə emal olunmuş və qatqı maddələri ilə dolu məhsullar, hər dişləkdə bədənimizə zərbə endirərək ürək-damar sistemini sıradan çıxarır, xolesterolu, şəkəri və təzyiqi təhlükəli həddə qaldıra bilir.
Michigan Universitetinin alimləri tərəfindən hazırlanan "Sağlam Qidalanma İndeksi" modelinə əsasən, bəzi ultra-emal olunmuş qidalar hər porsiyada sağlam ömürdən dəqiqələr oğurlayır.
Budur ən çox istehlak edilən və ömrünüzdən vaxt "aparacağı" bildirilən 4 təhlükəli qida
Sosisli sendviç - 36 dəqiqə "aparır"
Hot dog və digər emal olunmuş ət məhsulları tərkibindəki yüksək duz, doymuş yağ, qatqılar və konservantlar səbəbilə sağlamlıq üçün təhlükəlidir.
Ürək-damar xəstəliklərinin riskini artırır.
Yüksək duz miqdarı təzyiqi qaldıra bilər.
Nitrit və nitrozamin maddələri xərçəng riski ilə əlaqələndirilir.
Emal olunmuş ət və ya vetçina - 24 dəqiqə "aparır"
Vetçina və oxşar məhsullar sağlam ömrü azaldır. Michigan araşdırmasına görə, bu qidalardan bir porsiya təxminən 24 dəqiqə itkiyə səbəb ola bilər.
Pis xolesterolu (LDL) artırır.
Doymuş yağ və natrium yükü ürək üçün təhlükəlidir.
Uzunmüddətli istehlak bağırsaq xərçəngi riskini artıra bilər.
Şirin və ya aspartamlı içkilər - 12 dəqiqə "aparır"
Qazlı içkilər və süni tatlandırıcılı məhsullar təxminən 12 dəqiqəlik sağlam ömür itkisinə səbəb olur.
Qan şəkərində ani sıçrayışlar yaradır, insulin müqaviməti və tip 2 diabet riskini artırır.
Fruktoz çoxluğu qaraciyər yağlanmasına gətirib çıxarır.
Obezlik, diş çürüməsi və metabolik sindrom kimi problemlərə yol aça bilər.
Çizburger - 9 dəqiqə "aparır"
Fast-food menyularının sevimlisi olan çizburgerlər yüksək kalori, doymuş yağ və trans yağ tərkibi ilə sağlamlıq üçün təhlükə yaradır.
Kilo artımına və piylənməyə səbəb ola bilər.
Xolesterolun yüksəlməsi, damarların tıxanması və diabet riskini artırır.
Tərkibindəki emal olunmuş maddələr bədəndə iltihab yarada bilər.
Michigan Universiteti 5.800-dən çox qidanı həm sağlamlığa, həm də ətraf mühitə təsirinə görə qiymətləndirib. Modellərə əsasən, kiçik dəyişikliklər (məsələn, emal olunmuş ətin 10%-ni meyvə, tərəvəz və qoz-fındıqla əvəz etmək) belə gündəlik sağlam ömrü artırmağa kömək edə bilər.
Alimlər bildirir ki, bu cür modellər dəqiq nəticə vermək üçün deyil, daha şüurlu qidalanma vərdişləri formalaşdırmaq üçündür. Çünki hər qidanın təsiri insandan insana fərqli ola bilər.
23:58 / 11 Avqust 2026
82
23:52 / 11 Avqust 2026
77
23:50 / 11 Avqust 2026
78
23:23 / 11 Avqust 2026
282
23:21 / 11 Avqust 2026
91
23:16 / 11 Avqust 2026
81
23:06 / 11 Avqust 2026
77
22:55 / 11 Avqust 2026
445
22:52 / 11 Avqust 2026
70
22:47 / 11 Avqust 2026
82
22:41 / 11 Avqust 2026
154
22:39 / 11 Avqust 2026
81
22:35 / 11 Avqust 2026
293
22:28 / 11 Avqust 2026
133
22:02 / 11 Avqust 2026
354
21:57 / 11 Avqust 2026
77
21:39 / 11 Avqust 2026
124
21:26 / 11 Avqust 2026
362
21:23 / 11 Avqust 2026
87
21:11 / 11 Avqust 2026
765
21:05 / 11 Avqust 2026
71
20:54 / 11 Avqust 2026
550
20:49 / 11 Avqust 2026
306
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.