Məktəblərdə hazırda mənzərə BELƏDİR -FOTOLAR
14 Oktyabr 2026, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
18344
29.09.2025, 14:39
Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Cabir İmanov vəfat edib.
Oxu24.com Cabir İmanovvun tərcümyi-halını təqdim edir:
Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.
1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmişdir. DTX Mədəniyyət mərkəzinin rəisi olub.
1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[3] 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
29 sentyabr 2025-ci ildə vəfat etmişdir.
Ailəli idi, 4 övladı var.
AMEA—nın müxbir üzvü, İspaniya Kral Akademiyasının üzvü, professor, İqtisad Elmləri doktoru Qorxmaz İmanovun oğludur.
Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun qardaşıdır.
Azərbaycanın xalq artisti, Şöhrət ordenli bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.
12:06 / 14 Oktyabr 2026
24
11:57 / 14 Oktyabr 2026
77
11:48 / 14 Oktyabr 2026
46
11:46 / 14 Oktyabr 2026
182
11:45 / 14 Oktyabr 2026
58
11:33 / 14 Oktyabr 2026
58
11:33 / 14 Oktyabr 2026
108
11:22 / 14 Oktyabr 2026
57
11:21 / 14 Oktyabr 2026
85
11:09 / 14 Oktyabr 2026
96
11:07 / 14 Oktyabr 2026
62
11:00 / 14 Oktyabr 2026
74
10:59 / 14 Oktyabr 2026
72
10:59 / 14 Oktyabr 2026
70
10:49 / 14 Oktyabr 2026
89
10:42 / 14 Oktyabr 2026
65
10:42 / 14 Oktyabr 2026
252
10:36 / 14 Oktyabr 2026
1682
10:33 / 14 Oktyabr 2026
57
10:28 / 14 Oktyabr 2026
64
10:27 / 14 Oktyabr 2026
241
10:21 / 14 Oktyabr 2026
62
10:14 / 14 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.