Xalq artistindən hicabla bağlı AÇIQLAMA
12 Oktyabr 2026, 01:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3589
29.09.2025, 12:27
Xəbər verdiyimiz kimi, ötən gün "Gülüstan" sarayında Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toyu olub.
Oxu24.com xəbər verir ki,"Unikal"ın məlumatına görə, sənətçinin oğul nəvəsi 25 yaşlı Zeynəb Babayeva Tamerlan adlı bəylə ailə həyatı qurub. O, Milli Məclisdə işləyir.
Z.Babayevanın atası Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.
R.Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.
2001-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub. 2012-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Komitə sədrinin müavini təyin edilib.
2018-ci ildən etibarən isə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində işləyir.
Ramin Babayev Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir.
01:20 / 12 Oktyabr 2026
233
01:15 / 12 Oktyabr 2026
77
00:50 / 12 Oktyabr 2026
80
00:40 / 12 Oktyabr 2026
745
00:40 / 12 Oktyabr 2026
77
00:38 / 12 Oktyabr 2026
128
00:36 / 12 Oktyabr 2026
94
00:35 / 12 Oktyabr 2026
101
00:17 / 12 Oktyabr 2026
311
23:55 / 11 Oktyabr 2026
94
23:50 / 11 Oktyabr 2026
604
23:43 / 11 Oktyabr 2026
86
23:37 / 11 Oktyabr 2026
78
23:30 / 11 Oktyabr 2026
1223
23:21 / 11 Oktyabr 2026
181
23:09 / 11 Oktyabr 2026
434
23:02 / 11 Oktyabr 2026
124
22:49 / 11 Oktyabr 2026
488
22:46 / 11 Oktyabr 2026
129
22:28 / 11 Oktyabr 2026
1847
22:25 / 11 Oktyabr 2026
170
22:22 / 11 Oktyabr 2026
691
22:19 / 11 Oktyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.