Hicablı xanımlar işdən ÇIXARILIR? - AÇIQLAMA GƏLDİ
15 Oktyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
670
29.09.2025, 11:41
Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təşkil edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, yeni tarif 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.
Məlumatda bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
“Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.
Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır”, - məlumatda qeyd edilib.
11:29 / 15 Oktyabr 2026
1
11:25 / 15 Oktyabr 2026
25
11:16 / 15 Oktyabr 2026
41
11:14 / 15 Oktyabr 2026
38
11:04 / 15 Oktyabr 2026
65
11:00 / 15 Oktyabr 2026
45
10:57 / 15 Oktyabr 2026
52
10:52 / 15 Oktyabr 2026
69
10:45 / 15 Oktyabr 2026
47
10:42 / 15 Oktyabr 2026
65
10:40 / 15 Oktyabr 2026
82
10:35 / 15 Oktyabr 2026
70
10:26 / 15 Oktyabr 2026
60
10:24 / 15 Oktyabr 2026
761
10:09 / 15 Oktyabr 2026
69
10:05 / 15 Oktyabr 2026
54
09:56 / 15 Oktyabr 2026
83
09:50 / 15 Oktyabr 2026
99
09:50 / 15 Oktyabr 2026
61
09:45 / 15 Oktyabr 2026
60
09:35 / 15 Oktyabr 2026
724
09:25 / 15 Oktyabr 2026
72
09:22 / 15 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.