Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14218
az

Millət vəkilləri gələn həftə 15 məsələni müzakirə edəcəklər

12:3405 İyun, 2019
743
  • A
 Parlamentin növbədənkənar sessiyasının ilk iki plenar iclasının gündəliyi müəyyənləşib.

Oxu24.com xəbər verir, iyunun 13-ü və 14-də keçiriləcək növbədənkənar plenar iclasların gündəliyinə 15 məsələ daxil edilib.

Bunlar “Aqrar sığorta haqqında”, “Baytarlıq haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Banklar haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Təhsil haqqında”, “Dövlət rüsumu haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi də ikinci və üçüncü oxunuşlarda müzakirə edilərək qəbul olunacaq.

Həmçinin, qeyd edək ki, Milli Məclisin (MM) növbədənkənar sessiyanın digər plenar iclaslarının iyunun 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulur.

Növbədənkənar iclaslardan sonra millət vəkilləri sentyabrın 15-nə kimi yay tətilinə yollanacaqlar.

Sentyabrın 15-dən MM-in 2019-cu il növbəti payız sessiyasının komitə iclasları öz işinə başlayacaq.

Oktyabr ayının 1-də isə payız sessiyasının açılış-ilk plenar iclası keçiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampdan İranla bağlı SƏRT QƏRAR -Maksimum təzyiq ediləcək
AZAL-ın qəzaya uğrayan təyyarəsində kənar obyektlər aşkarlandı
İki dost ölkə lideri Çinə getdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb