Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14156
az

Bu meyvələr xərçəngin qarşısını alır - SİYAHI

00:1004 İyun, 2019
679
CƏMİYYƏT
  • A
Yay aylarında bəzi qırmızı meyvələr müxtəlif xəstəliklərin qarşısını alır.

Oxu24.com ölkə.az-a istinadən bu siyahını və qəbul edilən meyvələrin faydasını təqdim edir.

Hər dərdə dərman

Xüsusən də yay aylarında qırmızı meyvələri tapmaq asandır. Bu meyvələr ləzzətli olmaqla yanaşı dərman kimi bir çox dərdin dərmanıdır. Eyni zamanda bu meyvələrin tərkibi antioksidantla zəngindir.

Bu meyvələr qanda şəkərin miqdarını azaldır. Eyni zamanda imunitet sistemini gücləndirir. Bağırsaqların stabil fəaliyyətini dəstəkləyir. Bu meyvələr həm də xərçəngə səbəb olan təhlükəki hüceyrələrin də qarşısını alır, ürək-damar xəstəliklərinə qarşı da qoruyur. "Alzheimer" və qocalıqdan yaranan xəstəliklərlə də mübarizə aparır.

Moruq və böyürtkən xərçəngə səbəb olan pis hüceyrələrin çoxalmasının qarşısını alır. Eyni zamanda yaddaş probleminə də faydası var. Ağız içində yaranan yaraları da müalicə edir.

Digər faydalı meyvə isə qarağatdır. Qarağatın tərkibində antioksidant çoxdur. Bu səbəbdən xərçəng hüceyrələri ilə mübarizədə effektivdir. Həm də yağın orqanizmdən xaric edilməsinə kömək edir. Qarağatın tərkibində omeqa-3 də çoxdur. Bu isə damarların sərtləşməsinin qarşısını alır.

Qırmızı qarağatın tərkibində C, B və K vitaminləri çoxdur. Eyni zamanda fosfor da var. Bu meyvə qəbz probleminin qarşısını alır və orqanizmə çox faydalıdır.

Bu meyvələr həm də insanların şirniyyata olan ehtiyacını əvəz edə bilər. Səhər yeməyində bir ovuc, yəni 10-15 ədəd yemək bəs edir. Eyni zamanda qəhvəaltılarda südlə birlikdə də bir ovuc qəbul etmək olar.

Alimlər həm də qeyd edirlər ki, bu meyvələrin suyu şəkərli olur və qanda şəkər miqdarını artırır. Bu səbəbdən meyvələri yemək lazımdır, suyunu əzib içmək yox. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki uşaq anası dəm qazından boğulub öldü
Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ
AYNA sədri taksi sahəsində islahatların aparılmasından DANIŞDI

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB