Ərik digər meyvələrdən tərkibində daha çox vitamin və mineral olması ilə seçilir. Söhbət təbii ki, natural yetişdirilmiş, özü ağacda yetişən, yerli sort və dərmansız meyvədən gedir.
Ərikdə A-dan tutmuş, C, E, PP vitaminəri, beta karotin, yod, maqniy, dəmir, fosfor, pektinlər, turşular, natrium boldur.
Oxu24.com Medicina.az-a istinadla xəbər verir ki, əriyin orqanizmə və müxtəlif xəstəliklərə 10 -dan çox faydası vardır.
1.Sümük və oynaqlar üçün
Duzları çıxarır, iltihabı azaldır, artrit və artroz, revmatizm, sümük yeyilməsi xəstəliklərində təzə şirəsi faydalıdır. Sümükləri bərkidir
2.Ürək və damarlar üçün
Ərikdə olan kalium damarların tonusunu yaxşılaşdırır, yüksək təzyiqi salır, dəmir isə hemoqlobini artırır. Beləliklə, ürəyin işi yaxşılaşır
3. Beyin və sinirlər üçün
Ərikdə fosfor beyini aktivləşdirir, yaddaşı yaxşılaşır, sinir uclarının degenerasiyasını zəiflədir.
4.Gözlərə faydalıdır
Ərik və qurusu görməni artırır, göz sinir və damarlarını qidalandırır
5. Ağciyərləri təmizləyir
İltihab əleyhinə, bronxgenişləndirici xassəsi ilə bronxitin və astmanın müalicəsində istifadə olunur
6. Bağırsaqları işlədir
Xroniki qəbizlikdə ərik və qurusu çox lazımlıdır. Ərik bağırsağın sağlam mikroflorasını tənzimləyir, onun peristaltikasını yaxşılaşdırır
7. Mədəaltı və qalxanvari vəzi
Bu meyvədə olan fruktoza qanda şəkəri normallaşdırır, yod isə qalxanvari vəzin işi üçün vacibdir
8.Böyrəkləri təmizləyir
Ərik sidikqovucu, infeksiya təmizləyici təsir göstərir. Antibakterial təsir göstərdiyinə görə, böyrək və sidik yollarını təmizləyir.
9.İmpotensiyaya qarşı
Ərik prostat vəzin qan damarlarını möhkəmlədir və qan dövranını yaxşılaşdırır. Ona görə kişilərdə potensiyanı artırır
10.Dərini gözəlləşdirir
Ərik, tumu və yağı dərini A, E vitamini ilə təmin edir. Qırışları azaldır, cavanlaşdırır. Ona görə ərikdən üzə maska, pilinq etmək, bol yemək qadınlar üçün vacibdir
Əriyi hamilələr də yeyə bilər. Çünki qanazlığına qarşıdır.
Kimlərə olmaz:
-Mədə şirəsi turşuluğu, yanması və qastriti olanlara
-İnsulindən asılı diabetlərə az miqdar olar
-Hamiləlikdə əgər dölün ürəyi normal deyilsə
-İshalı olanlara Oxu24.com
ŞƏRHLƏR