Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14128
az

Nazirlik əhaliyə XƏBƏRDARLIQ etdi

14:2203 İyun, 2019
551
CƏMİYYƏT
  • A
 
Qarşıdan yay günlərinin gəlməsini, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətə istirahətə gedən vətəndaşlara, turistlərə müraciət edirik. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, piknikdə olan zaman ərazini tərk etməmişdən qabaq tonqalları söndürsünlər, fermerlər biçənəkləri yandırmasınlar.

Oxu24.com  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bəzən istirahətdə olanların, kənd sakinlərinin, fermerlərin, sürücülərin ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolaqları, ağaclar, yaşıllıqlar yanır və bu hallar da nazirliyi narahat edir:

"Bütün bu hallar baş verməməsi üçün sürücülər, vətəndaşlar dizel yanacaqları, bitki yağları, benzin kimi mayelərə bulaşmış materialları, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar, müəssisələr, fermer təsərrüfatları, eləcə də əhali meşəyə həmsərhəd olan sahələrdə qurumuş otları, kövşənləri biçin dövrü başa çatdıqdan sonra yandırmasınlar, meşə sahələrinə yaxın kəndlərin sakinləri mütləq şəkildə yanğın təhlükəsizlik qaydalarına əməl etsinlər. Bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, yaşıllıqları qorumağa çağırırıq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu