Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda təcili yardım həkimi görün xəstənin üstünə necə gəldi - İçkili olub?

Bakıda təcili yardım həkimi görün xəstənin üstünə necə gəldi - İçkili  olub?

CƏMİYYƏT

2075

03.06.2019, 10:38

  Bakıda xəstəyə çağrılan təcili yardım həkiminin daha bir biabırçı videosu yayılıb.
Oxu24.com-a daxil olan məlumata görə, Ələt qəsəbəsində yıxılaraq xəsarət alan  qadının üstünə həkim çağrılıb. Həkim çağırışdan 1 saat sonra əraziyə çatıb. Ağır vəziyyətdə yerdə  uzanan  xəstənin təyziqi ölçülmədən ona bir neçə iynə  vurulub. Xəstənin yaxınlarının verdiyi məlumata görə,  Əfəndiyev  adına  2  saylı xəstəxananın həkimi Elmar Əliyev yıxılaraq travma almış xəstəyə ard-arda  iynələr  vurub. Xəstə yaxınlarının sözlərinə görə, çağrışa  gələn həkimə xəstəyə  hansı  iynələrin vurlduğunu soruşduqda həkim cavab verməkdə çətinlik çəkib. Məlum olub ki, həkimin qeydiyyat üçün resepti də yoxdur.Xəstənin yaxınları ondan resept tələb etdikdə o " atamın,anamın goru haqqı bunu da şoferdən aldım" cavabını verib. Həkim daha sonra "siz mənim qəsdimə durmusunuz"? cavabını verib.
Xəstə yaxınlarının iddiasına görə, həkim özündə olmayıb. Onlar təcili yardım həkiminin sərxoş olduğunu və bu səbəbdən də sözlərinə nizamsızlıq olduğunu güman ediblər. Videodan da görünür ki, həkimin geyimi səliqəsiz, danışığı isə bir qədər nizamsızdır. Hadisə ilə bağlı vidoenu təqdim edirik: