Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14084
az

Damarlarımızın əsas düşmənləri - Onlar bizi gizlicə öldürür!

11:1902 İyun, 2019
522
CƏMİYYƏT
  • A
İnsan yaşlaşdıqca damarların sağlamlığı pozulur - damarlar elastikliyini itirir, daha kövrək olur, partlamaya meyilli olur, damarların daxilində xolesterin yığılır ki, nəticədə damarlar daralır və bəzən hətta tam qapanır.

Bu dəyişiklikləri mümkün qədər ləngitmək üçün damarların sağlamlığına zərbə vuran amilləri bilmək və onları həyatından mümkün qədər kənarlaşdırmaq lazımdır.

Bu amillər hansılardır?

1. Trans yağlar (marqarin və s.). Milli.Az saglamolun.az-a istinadən bildirir ki, məhz bu yağlar damarların əsas düşmənlərindəndir. Təbii kərə və bitki yağları əksinə damarların sağlamlığını qoruyur, xüsusilə bu zeytun yağına aiddir.

2. Şirniyyatlar, şəkər, şirin içkilər. Şəkər damarların daxili divarını iltihablaşdırır ki, belə iltihablaşmış damarda xolesterin daha sürətlə yığılır.

3. Tərkibində fosfatlar olan məhsullar - kolbasa, sosis və s.

4. Siqaret çəkmək. Bu damarların sıxılmasına, qan dövranının pozulmasına, damarlarda trombların əmələ gəlməsinə səbəb olur.

5. Yüksək təzyiq. Yüksək və nəzarət olunmayan təzyiq damarları zədələyin, onların partlaması riskini artırır.

6. Şəkərli diabet. Yuxarıda dediyimiz kimi, şəkər damarları iltihablaşdırır. Diabet zamanı qanda şəkərin səviyyəsi yüksək olduqdan damarlar tez qocalır.

7. Aşağı fiziki aktvlik. Fiziki aktivlik zamanı qan dövranı yaxşılaşır, damarlar genişlənir, damarlarda trombların əmələ gəlməsi riski azalır. Passiv insanın bədənində isə əksinə troblaşma riski yüksək olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət etdi
Elçilikdə "yox" cavabı aldığı qızı və anasını MAŞINLA VURDU

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Neftçalada ov qaydalarını pozan    şəxslər     saxlanıldı