Qaynar xətt:

(+99450) 247 90 86

Müəllim olmaq istəyənlərə şad xəbər - Nazir əmr imzaladı

2019-06/1559373500_muellim.jpg

CƏMİYYƏT

602

01.06.2019, 11:17

\"\"  Təhsil naziri Ceyhun Bayramov müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
Oxu24.com  xəbər verir ki, əmrə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı vasitəsilə cari ilin iyun ayının 1-21 tarixlərində təşkil ediləcək. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə cari ilin 24 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.