Döyüş meydanında yeni ERA: PUA-lar və Elektron Müharibə sistemləri müharibələrin taleyini necə dəyişir?
19 Avqust 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
383
05.06.2025, 11:53
Saatlıq əməkhaqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün Əmək Məcəlləsinə ediləcək dəyişiklik Nazirlər Kabinetinə təqdim olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.
Deputat saatlıq əmək haqqı mexanizminin tətbiqinin vətəndaşlara nə vəd edəcəyinə də aydınlıq gətirib.
O qeyd edib ki, yeni mexanizmin tətbiqi əməkhaqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq:
"Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər".
V.Bayramov əlavə edib ki, bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir:
"Bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əməkhaqlarının artırılmasına gətirib çıxara bilər. Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir".
14:50 / 19 Avqust 2026
10
14:49 / 19 Avqust 2026
8
14:44 / 19 Avqust 2026
22
14:30 / 19 Avqust 2026
44
14:24 / 19 Avqust 2026
47
14:18 / 19 Avqust 2026
106
14:15 / 19 Avqust 2026
56
14:05 / 19 Avqust 2026
46
13:59 / 19 Avqust 2026
59
13:45 / 19 Avqust 2026
56
13:37 / 19 Avqust 2026
61
13:30 / 19 Avqust 2026
55
13:10 / 19 Avqust 2026
69
13:06 / 19 Avqust 2026
67
12:59 / 19 Avqust 2026
63
12:52 / 19 Avqust 2026
317
12:49 / 19 Avqust 2026
289
12:45 / 19 Avqust 2026
77
12:38 / 19 Avqust 2026
75
12:32 / 19 Avqust 2026
106
12:30 / 19 Avqust 2026
63
12:16 / 19 Avqust 2026
63
12:01 / 19 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.