Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1012
26.04.2025, 13:37
2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14% azdır.
Eyni dövrdə dizel yanacağının istehsalı da geriləyib. Belə ki, 2025-ci ilin ilk rübündə 552.91 min ton, ötən ilin eyni dövründə isə 599.8 min ton dizel istehsal edilib.
İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk iki ayında ölkəyə 40.88 min ton Aİ-92 markalı benzin idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur (ötən il - 8.77 min ton).
Beləliklə, idxalın dəyəri 31.72mln ABŞ dolları, ötən ilin göstəricisi isə 7.01 mln dollar olub.
Əsas idxal ölkələri:
Rusiya - 37 149,45 ton (28 696,6 min dollar)
Həmçinin oxuyun
Rumıniya - 3 670,04 ton (2 978,6 min dollar)
Belarus - 58,45 ton (50,03 min dollar)
2024-cü ilin ilk iki ayında bir tonluq Aİ-92-nin orta qiyməti keçən il ölkəyə 799.82 dollara gətirildisə, bu ilin eyni dövründə qiymətlər 776.1 dollara (1319.4 manat)
qədər ucuzlaşıb. Hazırda bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənir. Bir tonun topdansatış qiyməti 1 289.82 manat, pərakəndə satışı isə 1 441 manatdır. Bir litri isə 1.1 manat təşkil edir.
2025-ci ilin yanvar-fevral aylarında 95 oktanlı mühərrik premium benzinlərinin idxalı 20 992 ton təşkil edib. Bu məhsulların dəyəri isə 17.93 mln. ABŞ dolları olub.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 12 375 ton və 11.76 mln. dollar səviyyəsində idi. Beləliklə, həm həcmi, həm də dəyəri baxımından idxalda təxminən 70%-ə yaxın artım qeydə alınıb.
01:21 / 14 Dekabr 2025
539
00:52 / 14 Dekabr 2025
441
00:43 / 14 Dekabr 2025
121
00:04 / 14 Dekabr 2025
233
23:47 / 13 Dekabr 2025
956
23:44 / 13 Dekabr 2025
67
23:30 / 13 Dekabr 2025
75
22:45 / 13 Dekabr 2025
429
22:30 / 13 Dekabr 2025
122
22:28 / 13 Dekabr 2025
147
22:22 / 13 Dekabr 2025
160
22:11 / 13 Dekabr 2025
281
21:58 / 13 Dekabr 2025
434
21:34 / 13 Dekabr 2025
1181
21:21 / 13 Dekabr 2025
100
21:19 / 13 Dekabr 2025
130
21:15 / 13 Dekabr 2025
95
21:02 / 13 Dekabr 2025
85
20:49 / 13 Dekabr 2025
419
20:44 / 13 Dekabr 2025
113
20:36 / 13 Dekabr 2025
98
20:26 / 13 Dekabr 2025
92
20:01 / 13 Dekabr 2025
311
19:53 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.