Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
15 Dekabr 2025, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
287
10.04.2025, 12:42
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC “Bank of Baku” ASC ilə əməkdaşlığa başlayıb.
“AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Bank of Baku”ya məxsus “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib. Artıq “Bank of Baku” müştəriləri “Dostbank” mobil tətbiqində identifikasiya prosesini “SİMA İmza” ilə tamamlayaraq sürətli şəkildə qeydiyyatdan keçə bilərlər.
“Dostbank” mobil tətbiqinin istifadəçiləri banka getmədən kart və hesab əməliyyatları, çıxarışlar əldə edilməsi, kommunal və digər ödənişlərin aparılması, ölkədaxili və beynəlxalq bank kartlarına köçürmələr, onlayn növbə təyin edilməsi, kredit müraciəti göndərilməsi və s. kimi bir çox xidmətdən tam rəqəmsal şəkildə yararlana bilərlər.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
22:54 / 15 Dekabr 2025
8
22:49 / 15 Dekabr 2025
15
22:48 / 15 Dekabr 2025
12
22:31 / 15 Dekabr 2025
31
22:27 / 15 Dekabr 2025
26
22:09 / 15 Dekabr 2025
150
21:59 / 15 Dekabr 2025
39
21:45 / 15 Dekabr 2025
58
21:10 / 15 Dekabr 2025
1369
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1071
20:16 / 15 Dekabr 2025
61
19:46 / 15 Dekabr 2025
155
19:15 / 15 Dekabr 2025
598
18:43 / 15 Dekabr 2025
583
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
850
17:14 / 15 Dekabr 2025
106
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
218
16:49 / 15 Dekabr 2025
885
16:40 / 15 Dekabr 2025
213
16:26 / 15 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.