Azərbaycan nefti cüzi bahalaşıb
22 Avqust 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
346
10.04.2025, 10:50
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür.
Oxu24.com xəbər verir ki ,bu barədə AQTA-dan Milli.Az-a bildirilib.
Məlumata görə, xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər.
Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin "ildırımvari" adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir.
Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər.
İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər.
Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.