Qaynar xətt:

(+99450) 247 90 86

Güclü yanğın olub: Yaralananlar var 

CƏMİYYƏT

149

10.04.2025, 10:03

Sabirabadda evdə yanğın olub.

Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib.

Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.