Sabah saat 10:00-dan QAZ OLMAYACAQ
06 İyul 2025, 12:59
Qaynar xətt:
(+99450) 247 90 86Ölkədən çıxışa STOP qoyula bilər
CƏMİYYƏT
290
09.04.2025, 21:49
Ölkə ərazisindən çıxışa məhdudiyyətin tətbiq olunması çox vacib bir məsələdir. Ara-sıra bu mövzu mediada və sosial şəbəkələrdə gündəmə gəlir. Bəzən vətəndaşlar belə bir informasiyanı öncədən əldə edə bilmədiklərindən narahatlıqlarını bildirirlər.
Oxu24.com xəbər verir ki Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələdə müəyyən mexanizmlər mövcuddur:
"Tam əminliklə deyə bilərəm ki, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində xüsusi bir portal var. Bu portal vasitəsilə şəxs öz şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil etməklə onun ölkədən çıxışına hər hansı bir məhdudiyyətin olub-olmadığını yoxlaya bilər. Bu portal işlək vəziyyətdədir və mən özüm dəfələrlə bu vasitə ilə bizə daxil olan müraciətləri yoxlamışam. Bəzi hallarda bir neçə qurum tərəfindən şəxsə çıxış məhdudiyyəti tətbiq oluna bilər. Qeyd edim ki, bu məhdudiyyət adətən məhkəmə qərarı əsasında tətbiq olunur. Amma elə hallar da ola bilər ki, hansısa qurum, məsələn, hüquq-mühafizə orqanı bu portalda informasiya yerləşdirmədən, müxtəlif səbəblərdən çıxışa məhdudiyyət tətbiq edir. Bu, əsasən təhqiqat və ya istintaq tədbirləri zamanı baş verə bilər".
A.Allahverənov qeyd edib ki, öncədən vətəndaşın məlumatlandırılması funksiyası, yəni şəxsə əvvəlcədən rəsmi bildirişin verilməsi isə hazırda mövcud deyil:
"Yəni şəxs yalnız ölkədən çıxmaq istədikdə və ya hansısa səbəbdən aidiyyəti qurumlara müraciət etdikdə bu barədə məlumat əldə edə bilir. Məsələn, bu yaxınlarda bizə bir müraciət daxil olmuşdu. Şəxsin çıxışına dair məhdudiyyət barədə portalda məlumat yerləşdirilmişdi. Sonradan həmin qərara xitam verilmişdi və şəxs ölkə ərazisini rahat şəkildə tərk etmişdi. Sadəcə olaraq bu məlumat portala bir qədər gec daxil edildiyindən qısa müddətlik çaşqınlıq yaranmışdı. Eyni zamanda ola bilər ki, şəxsin portalda heç bir informasiyası olmasın, amma o, məsələn, Dövlət Sərhəd Xidmətinə, Daxili İşlər Nazirliyinə və ya digər qurumlara müraciət etməklə bu barədə məlumat əldə edə bilər. Qabaqcadan vətəndaşın məlumatlandırılması məsələsi isə əlavə funksional bir prosesdir. Düşünürəm ki, aidiyyəti strukturlar bu sahədə müəyyən işlər görürlər və ola bilər ki, bu funksiya gələcəkdə sistemə daxil edilsin. Bəzi hallarda isə texniki səbəblər üzündən mövcud funksiyalar yetərincə işləməyə bilər".
Həmçinin oxuyun
Millət vəkili tövsiyə edib ki, vətəndaşın hansısa ciddi problemi varsa və bu problem onun ölkədən çıxışına məhdudiyyət yarada bilərsə, o zaman həmin şəxs bu vəziyyəti əvvəlcədən yoxlamalıdır:
"Çünki texniki səbəblərdən informasiya sistemdə ilişib qala və şəxs xəbərsiz şəkildə yol pulu, bilet və digər xərcləri çəkdikdən sonra hava limanında və ya sərhəddə bu problemlə üzləşə bilər. Ona görə də vətəndaşların mütəmadi olaraq Ədliyyə Nazirliyinin portalı vasitəsilə və ya aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməklə ölkədən çıxışa məhdudiyyətin olub-olmaması barədə məlumatı yoxlaması tövsiyə olunur. Bu, həm risklərin qarşısını alar, həm də vətəndaşın planlaşdırdığı səfərlərlə bağlı daha düzgün qərar verməsinə şərait yaradır".
Ölkədən çıxışa məhdudiyyətin olub-olmamasını yoxlamaq üçün bura daxil olun.
12:46 / 06 İyul 2025
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ
4
12:11 / 06 İyul 2025
Hava ilə bağlı vacib XƏBƏR
34
12:09 / 06 İyul 2025
Laçında qəza
20
11:57 / 06 İyul 2025
Yaponiyada güclü zəlzələ oldu
12
11:55 / 06 İyul 2025
Samir Bağırova görə öldürülən rəqqasə kim olub? — ŞOK DETALLAR
80
11:32 / 06 İyul 2025
ŞOK KƏŞFİYYAT MƏLUMATI: Moskva Bakı ilə gərginlik fonunda bu addımı atdı - DETALLAR
306
11:29 / 06 İyul 2025
Şəmkirdə faciə: Ölən var
20
11:25 / 06 İyul 2025
Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
21
11:11 / 06 İyul 2025
Ukrayna vuruldu: Ölənlər var
23
09:59 / 06 İyul 2025
Pensiyaçılarla bağlı VACİB AÇIQLAMA - Bu sahələrdə...
369
09:15 / 06 İyul 2025
Bakıda insanlar təşviş içində - küçəni bürüyən bu canlılar nədir? - VİDEO
32
09:00 / 06 İyul 2025
İndi hər üçü yoxdur... - Fotolar
25
23:29 / 05 İyul 2025
Ucar sakini narkozdan şoka düşüb öldü
290
23:21 / 05 İyul 2025
Ağır qəza: Ölənlər var +ADLAR
711
23:20 / 05 İyul 2025
Xoşbulaqda qan düşdü
146
23:12 / 05 İyul 2025
“Boşandıq, bitdi” – Rəqsanə hər şeyi açıqladı
2182
23:04 / 05 İyul 2025
Kanaldan cansız bədəni tapılan şəxs görün kimdir
452
23:03 / 05 İyul 2025
Ulvira Qarayevaya vəzifə verildi - FOTO
115
23:00 / 05 İyul 2025
ABŞ-də öldürüldüyü deyilən Albina sağ imiş - Video-Yenilənib
62
22:35 / 05 İyul 2025
“Üzə bilmirdin, niyə gedirdin, ay bala?” - Video
69
22:19 / 05 İyul 2025
Mingəçevirdəki kater qəzasının - Videosu
68
21:47 / 05 İyul 2025
Azərbaycanlı müğənni öldürüldü
75
21:00 / 05 İyul 2025
Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi
200
19:58 / 05 İyul 2025
Ən dadlı kabab bu ət növündən alınır
93
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.