Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
383
09.04.2025, 21:49
Ölkə ərazisindən çıxışa məhdudiyyətin tətbiq olunması çox vacib bir məsələdir. Ara-sıra bu mövzu mediada və sosial şəbəkələrdə gündəmə gəlir. Bəzən vətəndaşlar belə bir informasiyanı öncədən əldə edə bilmədiklərindən narahatlıqlarını bildirirlər.
Oxu24.com xəbər verir ki Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələdə müəyyən mexanizmlər mövcuddur:
"Tam əminliklə deyə bilərəm ki, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində xüsusi bir portal var. Bu portal vasitəsilə şəxs öz şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil etməklə onun ölkədən çıxışına hər hansı bir məhdudiyyətin olub-olmadığını yoxlaya bilər. Bu portal işlək vəziyyətdədir və mən özüm dəfələrlə bu vasitə ilə bizə daxil olan müraciətləri yoxlamışam. Bəzi hallarda bir neçə qurum tərəfindən şəxsə çıxış məhdudiyyəti tətbiq oluna bilər. Qeyd edim ki, bu məhdudiyyət adətən məhkəmə qərarı əsasında tətbiq olunur. Amma elə hallar da ola bilər ki, hansısa qurum, məsələn, hüquq-mühafizə orqanı bu portalda informasiya yerləşdirmədən, müxtəlif səbəblərdən çıxışa məhdudiyyət tətbiq edir. Bu, əsasən təhqiqat və ya istintaq tədbirləri zamanı baş verə bilər".
A.Allahverənov qeyd edib ki, öncədən vətəndaşın məlumatlandırılması funksiyası, yəni şəxsə əvvəlcədən rəsmi bildirişin verilməsi isə hazırda mövcud deyil:
"Yəni şəxs yalnız ölkədən çıxmaq istədikdə və ya hansısa səbəbdən aidiyyəti qurumlara müraciət etdikdə bu barədə məlumat əldə edə bilir. Məsələn, bu yaxınlarda bizə bir müraciət daxil olmuşdu. Şəxsin çıxışına dair məhdudiyyət barədə portalda məlumat yerləşdirilmişdi. Sonradan həmin qərara xitam verilmişdi və şəxs ölkə ərazisini rahat şəkildə tərk etmişdi. Sadəcə olaraq bu məlumat portala bir qədər gec daxil edildiyindən qısa müddətlik çaşqınlıq yaranmışdı. Eyni zamanda ola bilər ki, şəxsin portalda heç bir informasiyası olmasın, amma o, məsələn, Dövlət Sərhəd Xidmətinə, Daxili İşlər Nazirliyinə və ya digər qurumlara müraciət etməklə bu barədə məlumat əldə edə bilər. Qabaqcadan vətəndaşın məlumatlandırılması məsələsi isə əlavə funksional bir prosesdir. Düşünürəm ki, aidiyyəti strukturlar bu sahədə müəyyən işlər görürlər və ola bilər ki, bu funksiya gələcəkdə sistemə daxil edilsin. Bəzi hallarda isə texniki səbəblər üzündən mövcud funksiyalar yetərincə işləməyə bilər".
Həmçinin oxuyun
Millət vəkili tövsiyə edib ki, vətəndaşın hansısa ciddi problemi varsa və bu problem onun ölkədən çıxışına məhdudiyyət yarada bilərsə, o zaman həmin şəxs bu vəziyyəti əvvəlcədən yoxlamalıdır:
"Çünki texniki səbəblərdən informasiya sistemdə ilişib qala və şəxs xəbərsiz şəkildə yol pulu, bilet və digər xərcləri çəkdikdən sonra hava limanında və ya sərhəddə bu problemlə üzləşə bilər. Ona görə də vətəndaşların mütəmadi olaraq Ədliyyə Nazirliyinin portalı vasitəsilə və ya aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməklə ölkədən çıxışa məhdudiyyətin olub-olmaması barədə məlumatı yoxlaması tövsiyə olunur. Bu, həm risklərin qarşısını alar, həm də vətəndaşın planlaşdırdığı səfərlərlə bağlı daha düzgün qərar verməsinə şərait yaradır".
Ölkədən çıxışa məhdudiyyətin olub-olmamasını yoxlamaq üçün bura daxil olun.
01:21 / 14 Dekabr 2025
769
00:52 / 14 Dekabr 2025
551
00:43 / 14 Dekabr 2025
128
00:04 / 14 Dekabr 2025
387
23:47 / 13 Dekabr 2025
1098
23:44 / 13 Dekabr 2025
75
23:30 / 13 Dekabr 2025
84
22:45 / 13 Dekabr 2025
484
22:30 / 13 Dekabr 2025
131
22:28 / 13 Dekabr 2025
159
22:22 / 13 Dekabr 2025
181
22:11 / 13 Dekabr 2025
295
21:58 / 13 Dekabr 2025
444
21:34 / 13 Dekabr 2025
1225
21:21 / 13 Dekabr 2025
104
21:19 / 13 Dekabr 2025
138
21:15 / 13 Dekabr 2025
99
21:02 / 13 Dekabr 2025
92
20:49 / 13 Dekabr 2025
431
20:44 / 13 Dekabr 2025
116
20:36 / 13 Dekabr 2025
103
20:26 / 13 Dekabr 2025
95
20:01 / 13 Dekabr 2025
317
19:53 / 13 Dekabr 2025
115
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.