Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
762
09.04.2025, 14:20
Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovun verdiyi müsahibələr cəmiyyətdə birmənalı qarşılanmayıb.
Müsahibəsində "Mən çobanam, alimlər işləyir, pullar gəlir" deməsi müzakirələrə səbəb olub.
Oxu24.com Citypost.az -a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan tanınmış yazıçı-jurnalist Şəmsi Vəfadar iş adamını sərt tənqid edib.
Həmin açıqlamanı təqdim edirik:
İsfəndiyar Axundovun sərsəmləməsi onun savadsızlığının və səbatsızlığının bariz nümunəsidir.Bu adam müsahibələrində özü etiraf edib ki, mən çobanam.Hərf tanımıram,yazıb-oxumağı bacarmıram.
Həmçinin oxuyun
Ömründə bir kitab oxumayan,əli qələm tutmayan adamın idrakı hansı dərəcədə ola bilər?
Mənəviyyatsızlığın ilk pilləsi xəcalət hissini itirməkdir.Yəni-xəcalət,utanc hissini itirən insan hər şeyə qadirdir.İsfəndiyar Axundov kimi...
Danışdıqları bu nəticəni göstərir ki, O, çox təhlükəli biridir.Ümumiyyətlə,ən təhlükəli insanlar böyük məqamlara gəlmiş kiçik adamlardır.İsfəndiyar Axundovun qarnı və başı böyük ola bilər. Nə olsun... Amma, idrakı kiçikdir,yox dərəcəsindədir. Azdan-çoxdan idraka malik olan insan onun kimi ağzına gələn sözləri buraxmaz axı... Qələmi sınmış Ramiz Mehdiyevin illərlə himayəsində olub bu adam.Əməlləri Bakıda çox adamları evsiz-eşiksiz,yurdsuz-yuvasız edib.Həbsxanalarda 10-dan çox iş adamı onun əməllərinin nəticəsi olaraq cəza çəkir.Bütün həbsə alınan tikinti işi ilə məşğul olan sahibkarların yarımçıq qalmış işlərini davam etdirmək onun şirkətlərinə həvalə olunur. Niyə? Hansı müsbət göstəricisinə görə?
Utanmır,hələ bir qürrələnir ki, mən otururam,alimlər əlimin altında işləyir,pullar özbaşına gəlir.Elə onun əlinin altında işləyən alim də,onun səviyyəsində ola bilər.İnsan Lütfizadə,İlon Maks,Bill Qeyts və başqaları kimi nəsə ixtira edərsə,qazandığı nailiyyətlərə görə fəxr edə,qürrələnə bilər.Kiminsə himayəsi ilə daşı daş üstünə qoymağa dərin ağıl və idrak gərək deyil.Digər yandan hesab edirəm ki, İsfəndiyar Axundovun bu müsahibələri onun göstəricisidir ki, artıq O, da yetişib.Onun da dərilmə vaxtı çatıb.Heç kəs unutmamalıdır ki, meşə nə qədər dərin və geniş olsa da,insan sığınan zaman yalnız bir ağacın kölgəsinə sığınır. Varının,mülkinin,pulunun qədərindən asılı olmayaraq hamının son ünvanı eyni yerdir.Elə İsfəndiyar Axundovun da...
01:21 / 14 Dekabr 2025
574
00:52 / 14 Dekabr 2025
468
00:43 / 14 Dekabr 2025
123
00:04 / 14 Dekabr 2025
266
23:47 / 13 Dekabr 2025
981
23:44 / 13 Dekabr 2025
72
23:30 / 13 Dekabr 2025
77
22:45 / 13 Dekabr 2025
435
22:30 / 13 Dekabr 2025
123
22:28 / 13 Dekabr 2025
149
22:22 / 13 Dekabr 2025
168
22:11 / 13 Dekabr 2025
285
21:58 / 13 Dekabr 2025
435
21:34 / 13 Dekabr 2025
1186
21:21 / 13 Dekabr 2025
101
21:19 / 13 Dekabr 2025
132
21:15 / 13 Dekabr 2025
97
21:02 / 13 Dekabr 2025
87
20:49 / 13 Dekabr 2025
422
20:44 / 13 Dekabr 2025
114
20:36 / 13 Dekabr 2025
99
20:26 / 13 Dekabr 2025
93
20:01 / 13 Dekabr 2025
312
19:53 / 13 Dekabr 2025
114
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.