Özbəkistanla Azərbaycan arasında 5 sahədə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb
22 Avqust 2026, 19:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
417
08.04.2025, 23:17
Şəkər xəstəliyi, bu gün milyonlarla insanda rast gəlinən və diaqnoz qoyulduqdan sonra ömür boyu bədəndə təsirini göstərən xroniki bir xəstəlikdir. Bu xəstəlikdən qorunmaq üçün düzgün bir pəhriz tətbiq etmək olduqca vacibdir. Bəzi qidalar qan şəkərini təbi̇i̇ yolla tarazlamaqda təsirli ola bilər. Bəs qan şəkərini tənzimləyən qidalar hansılardır?
Qan şəkəri nədir və niyə əhəmiyyətlidir?
Qan şəkəri bədənin enerji ehtiyacını qarşılamaq üçün vacib bir göstəricidir. Qan şəkərinin həddindən artıq yüksəlməsi (hiperglisemiya) və ya düşməsi (hipoglisemiya) müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də qan şəkərinin normada saxlanması vacibdir. Bəzi qidalar qan şəkərinin daha stabil şəkildə artmasına kömək edərək bu tarazlığı qurmağa yardımçı olur:
Yulaf
Yulaf yüksək lif tərkibi ilə qan şəkərinin sürətlə qalxmasının qarşısını alır. Yavaş həzm olunan karbohidratlar ehtiva etdiyi üçün qan şəkərinin stabil artmasına səbəb olur. Eyni zamanda beta-qlukan adlı maddə ilə insulin həssaslığını artırmağa yardım edir.
Lobya və digər paxlalılar
Lobya, mərcimək, noxud kimi paxlalılar aşağı qlisemik indeksə malikdir və bu da qan şəkərinin tədricən artmasına şərait yaradır. Yüksək lif və zülal tərkibi sayəsində həzm prosesini yavaşladır, bu da qan şəkərinin sürətlə qalxmasının qarşısını alır.
Avokado
Avokado sağlam yağlar və liflə zəngindir. Bu xüsusiyyətləri ilə qan şəkərinin sürətlə yüksəlməsinə əngəl olur, uzunmüddətli toxluq hissi yaradır. İçindəki kalium insulinin təsirini artıraraq qan şəkərini tarazlayır.
Qoz və badam
Qoz və badam kimi quru meyvələr sağlam yağlar və zülal baxımından zəngindir. Bu yağlar həzm prosesini yavaşladır, qan şəkərinin yavaş-yavaş yüksəlməsinə səbəb olur. Ani qalxma və enmələrin qarşısını alır.
Zeytun yağı
Zeytun yağı tək doymamış yağlarla zəngindir və bu yağlar insulinə həssaslığı artıraraq qan şəkərinin stabil qalmasına kömək edir. Yeməklərə əlavə edildikdə qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır.
Yaşıl yarpaqlı tərəvəzlər
İspanaq, kələm, roka və digər yaşıl yarpaqlı tərəvəzlər az karbohidratlı və yüksək lifli qidalar olaraq qan şəkərini tarazlayır. Kalium və maqnezium baxımından da zəngindir - bu minerallar da qan şəkəri tarazlığına müsbət təsir edir.
Darçın
Darçın qan şəkərini tənzimləyən təsirli ədviyyatlardan biridir. Araşdırmalar göstərir ki, darçın insulin həssaslığını artıra və qan şəkərinin stabil qalmasına kömək edə bilər. Həm şirin, həm də duzlu yeməklərə əlavə oluna bilər.
Yaban mersini (mavi yemiş)
Yaban mersini az kalorili və yüksək lifli bir meyvədir. Antioksidantlarla zəngin olan bu meyvə qan şəkərinin sürətlə qalxmasının qarşısını ala bilər. Həmçinin insulin istehsalını artıraraq qan şəkərinin tənzimlənməsinə yardım edir.
Kinoa
Kinoa qlütensiz, yüksək zülal və lif tərkibli bir taxıldır. Aşağı qlisemik indeksə malik olduğu üçün qan şəkərini tarazlayır. İçindəki maqnezium və digər minerallar insulin həssaslığını artırır.
Balqabaq
Balqabaq aşağı qlisemik indeksə malik, liflə zəngin tərəvəzdir. A vitamini baxımından da zəngindir. Bu xüsusiyyətləri ilə qan şəkərinin tarazda saxlanmasına kömək edir.
Qan şəkərini tarazlamaq üçün sağlam qidalanma ilə yanaşı, müntəzəm fiziki aktivlik, kifayət qədər su içmək və yuxu rejiminə diqqət də çox vacibdir. Şəkər və ya qan şəkəri problemi olan şəxslərin bu qidaları pəhrizlərinə əlavə etməzdən öncə mütləq həkim və ya diyetoloqla məsləhətləşmələri tövsiyə olunur.
19:59 / 22 Avqust 2026
14
19:48 / 22 Avqust 2026
18
19:33 / 22 Avqust 2026
43
18:55 / 22 Avqust 2026
119
18:26 / 22 Avqust 2026
58
18:21 / 22 Avqust 2026
68
13:55 / 22 Avqust 2026
97
13:36 / 22 Avqust 2026
534
13:34 / 22 Avqust 2026
110
13:31 / 22 Avqust 2026
114
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
99
12:35 / 22 Avqust 2026
91
12:34 / 22 Avqust 2026
130
12:15 / 22 Avqust 2026
93
11:59 / 22 Avqust 2026
107
11:40 / 22 Avqust 2026
119
11:25 / 22 Avqust 2026
109
11:04 / 22 Avqust 2026
116
10:54 / 22 Avqust 2026
113
10:30 / 22 Avqust 2026
109
10:10 / 22 Avqust 2026
106
09:50 / 22 Avqust 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.